BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng” - (+FOTOLAR)

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng” (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

BDU-nun Elçin Babayev məzunları, valideynlərini və liseyin kollektivini təbrik edib. Bu il 11-ci buraxılışı keçirilən liseydən indiyədək məzun olan 382 nəfərdən 105-nin qəbul imtahanlarında 600-dən çox bal topladığını, 49 nəfərin isə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.

Məzunlardan 5 nəfərin Prezident təqaüdünə, 36 nəfərin qızıl, 6 nəfərin isə gümüş medala layiq görüldüyünü diqqətə çatdıran rektor Elçin Babayev lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlardan da bəhs edib.

Liseyin direktoru, professor Qasım Hüseynov Azərbaycan və rus bölməsindən 48 nəfərin məzun olduğunu qeyd edərək onların hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

Valideynlər adından Arzu Eyyubova, məzunlar adından liseyi qızıl medalla bitirmiş ADA Universitetinin tələbəsi Orduxan Qəhrəmanzadə çıxış ediblər.

Tədbir lisey şagirdlərinin bədii proqramı ilə başa çatıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !