Qərbi Azərbaycan haqqında yeni milli film- - ANA LAYLASI (+FOTOLAR)

Qərbi Azərbaycan haqqında yeni milli film- “ANA LAYLASI” (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Gənc istedadlı yazar, aktyor, ssenarist və rejissor Elşən bu dəfə dəyərli izləyicilərini yeni və maraqlı milli filmlə qarşılamağı planlaşdırır. Film barəsindəki suallarımızı cavablandıranElşən İsmayıl qısaca bildirdi ki: “Hadisələr tarixi Azərbaycan torpağı İrəvanda baş verir. Mən filmdə tarixlə uydurmanı birləşdirərək tamaşaçılara bədii təsvir üsulu ilə həmçinin günümüzün reallığına da bir mesaj verməyə çalışmışam... 1988-1992-ci illər arasında olan siyasi böhran durumu soydaşlarımıza ciddi təsir etmişdir. O zamanın Sovet rəhbərliyinin qəddar siyasətindən məharətlə istifadə edən erməni terrorçuları Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı məkrli planlarını həyata keçirərək onları zülmə, sürgünə, soyqırıma məruz qoymuşlar. Filmdə hadisələr Toğrul və Xansuvar qardaşlarının və onların dostları, yaxınlarının ətrafında baş verir. Film böyük bir milli problemi özünə xas bədii təzahürlə və üslub vasitəsilə tamaşaçılara çatdırır...

Bununla belə qeyd edək ki, filmdə gənc sənətsevərlər, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Onlardan əsas olaraq “TOĞRUL” rolunda Elşən İsmayılı, “XANSUVAR” rolunda Murad Rəsulovu, “BEZBOJNIY” rolunda Cahid Ağazadəni, “Erməni kəndlisi” rolunda FARRUKH_JK,“Erməni kəşfiyyatçısı” rolunda Əli Əliyevi, “OQTAY” rolunda Rəsul Babazadəni, “MƏLİKXAN” rolunda Elnur Ağazadəni, “ANA” rolunda Gülü Zaranı və s. misal göstərmək olar...

 

Filmin ikinci rejissoru FARRUKH_JK, baş operatoru isə Cahid Ağazadədir.

 

Hazırda filmin son çəkiliş prosesi gedir. Çəkilişlər bitənə qədər sizləri yaradıcı heyətin hazırladığı 2 tanıtım videosu ilə tanış edirik. Əsən qalın!

Tanıtım videoları:
www.youtube.com/watch

www.youtube.com/watch

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !