Nicat Novruzoğlu: - Balanslaşdırılmış müsəlman

Nicat Novruzoğlu: Balanslaşdırılmış müsəlman

Ramazan bayramınız mübarək olsun.

Açığı mən dinlə elə də maraqlanan insan deyiləm. Kimsə bu haqda danışanda səbrlə qulaq asaram, dinləyərəm. Bəlkə nə vaxtsa dinlə bağlı bir kitab oxumuşam. Amma arxasınca düşməmişəm. Elə məqamlar var ki, inanıram, elə məqamlar da var ki, şübhəli qalıram.

Xülasə ömrümün 40 ilini yaşadıqdan sonra qərar verdim ki, oruc tutacam. İçimdən gəldi.

Əsas gecə oyanmaq idi. Baxmayaraq ki, çox bərk və müddətli yatanam, orucluğun ilk günü imsak vaxtında elə bil kimsə məni yuxudan oyatdı ki, di başla. Mən də başladım.

Səhərisi yan yörəmdə kim bildi ki, orucam, hərənin üzündə bir cür təbəssüm yarandı. Onlar mənim spirtli içkilər qəbul etdiyimi bilirdilər. Təbəssümdə bir etibarsızlıq, ironiya var idi. Amma bu o demək deyildi ki, mən oruc tuta bilmərəm?

Mayın 6-sı orucu tutmağa başladım. Günün ortası məlun oldu ki, hələ orucluq başlamayıb. Daha doğrusu tanıdıqlarımın yarısı dedi başlayıb, yarısı dedi başlamayıb. Amma mən başlamışdım. Çünki telefonuma yüklədiyim vaxtlar haqqında məlumata inanmışdım. Hələ də bilmirəm vaxtında tutmuşdum, yoxsa yox. Əsas odur ki, tutmuşdum. Və buraxası deyildim. Bir gün artıq tutsam noolar ki? Yaradan mənə verdiklərində heç nəyi az və ya çox görməyib.

Bir az İslama yaxın olanlar isə mənim dini suallarıma elə-belə cavab verdilər. Yəni yola verdilər. Məsələn, soruşdum ki, gecə 4-ün yarısı mütləq durmalıyam? Dedilər ki, durmasanda olar. Elə özünü ac saxla bəsindi.

Çalışdığım qədər danışığımda da, baxışlarımda da, tamahımda da orucu tətbiq etməyə başladım. Amma deyim ki, əksəriyyətində bunu görmədim. Elə bil o qədər oruc tutmuşdular ki, artıq onlar üçün adiləşmişdi oruc. Çox rahat idilər.

İfatara dəvət etdilər. Hərə bir vaxtda açdı orucunu. Məndən 10-15 dəqiqə əvvəl açdı bir qism qonaqlar. Soruşdum səbəbini, dedilər ki, onlarda tez açılır. Baxdım onlara, baxdım özümə, bizi fərqləndirən heç zad yox idi. Yaradan hər birimizi eyni cür yaradıb və hər bir şeyi də hər birimizə eynisiylə bölüb. Dedim niyə belə? Dedilər bunu kökünün 2 min il tarixi var. Sənlik deyil. Sən hələ "maladoysan”. Qarışma.

Heç mənə lazım da deyil.

Sonradan suallarıma cavab verən tapıldı. Məlum oldu ki, sünnilər bir az tez açırlar oruclarını. Şiələrə nisbətən. Allah qəbul eləsin.

Yenə səbəbini açan olmadı ki, bilim niyə şiələr sünnilərin vaxtından bir az gec və ya sünnilər şiyələrin vaxtından bir az tez açılır bu oruc?!

Axırda soruşdum ki, sünni ilə şiənin fərqi nədir? Mən hardan bilim ki, mən kiməm-sünniyəm ya şiə? Cavabın biri belə oldu ki, sünni namazı bu cür qılır, şiə bu cür. Yəni mən namazı necə qılsam ona bağlıdı mənim kimliyim.

Yaradan bizə bütün naz-neməti bərabər böldüyü zaman biz ona ibadətdə ayrı seçkilik edirik.

Söhbəti uzatmaq istəmirəm. Həm də ki mənlik söhbət deyil.

Sadəcə bu qərara gəldim ki, əgər ibadət etsəm həm sünni kimi, həm də şiə kimi edim. Yəni balanslaşdırılmış dini siyasət yeridim. Bir əlimi yanıma sallayım bir əlimi də qarnımın üstünə qoyub ibadət eliyim. Nə o incisin məndən, nə o birisi. Həm o məzhəb qüvvədə olsun, həm də bu məzhəb.

 

Məni bu seçimə siz məcbur etdiniz. Hər kəs öz məzhəbindən danışaraq, qürurlanaraq.

Orucluğun sonu isə belə oldu ki, ay hardasa görsənib. Yenə cammatın yarısı bayram etdi, yarısı gözlədi. Sabahısı gün dedilər ki, bu gün görsənib. Nəysə bu ay məsələsidə iki gün çəkdi. Başlayanda da, axırda da. Birtəhər bayramı yola verdik.

İndi bu gündən o günlərə baxanda görürəm ki, çox əcaibdir müsəlman.

Allah Sabirə rəhmət eləsin. Mirzə Ələkbəri deyirəm. 

 

adalet.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !