Kitabıstanın ikinci kitabı... - - Şəhriyar Məcidzadə yazır..

Kitabıstanın ikinci kitabı... - Şəhriyar Məcidzadə yazır..

Mahadma Qandinin Liderlik xüsusiyyətləri və dünyaya baxışı haqqında tərcümə etdiyimiz bu kitabda onun xarakterindən, fikirlərindən bəhs olunur. Qandi böyük insan idi və onun anlayışında ən böyük mübarizələr qeyri-zorakı fəlsəfəyə əsaslanan mübarizə yöntəmləri idi. Bəşəriyyətin ən böyük şəxsiyyətlərindən biri sayılan Qandini tərcümə etməkdə məqsədimiz gənclərimizə nifrətin, kinin, qəzəbin yerinə xoş görü və barışığın əhəmiyyətini anlatmaq idi. Bizim cəmiyyətdə ən çox çatışmayan bu idi. İttiham etməmək, günahlandırmamaq, müsbət görünən şeyləri qara görməmək.
Mahatma Qandi həyatını terror nəticəsində itirdi. Amma bugündə o bütün dünyada sülhün, barışın, ən əsası insana dəyər verməyin simvollarından birinə çevrilib.
İstəyirdik ki, insanlarımız dünyanın ən önəmli şəxsiyyətləri haqqında, ən önəmli təcrübələrini oxusunlar. Elə buna görədə çalışırdıq.
Kitabıstan mağazası açmağa müvəffəq olsaq kitablar daha ucuz olacaq, deməli daha çox insana oxumaq imkanı yaradacağıq. Kitablara inhisar zehniyyəti ilə yanaşmaq olmaz. Sizi "Kitabıstan mağazası açaq" kampaniyasına qoşulmağa dəvət edirəm. Dünya nümunələrini çoxaltmağımız üçün bu şərtdir! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )