IV sinif şagirdlərinin buraxılış gecəsi keçirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

IV sinif şagirdlərinin buraxılış gecəsi keçirilib +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

İyun ayının 10-da Dünya məktəbinin ingilis bölməsinin IV sinif
şagirdlərinin buraxılış gecəsi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların
valideynləri və məktəbin müəllim kollektivi iştirak edib. Müəllimlərinin böyük
zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqlar tədbir iştirakçılarında xoş
təəssüratlar yaradıb. Gecə şagirdlərin bu vaxta qədər aldıqları bilik və
bacarıqların hesabatı kimi dəyərləndirilib.
İlk olaraq şagirdlər bölmə üzrə öyrəndiklərini sərgi formasında
valideynlərə və müəllimlərə nümayiş etdiriblər.Qruplara bölünərək
Money,Roads,Goverment,Human right and resposibilits mövzularında
hazırladıqları işləri təqdim ediblər. Daha sonra gecənin bədii hissəsi akt
zalında davam edib.Buraxılış gecəsinin açılışı 4-cülərin sinif rəhbərləri Aytən
Rüstəmova və Samirə Səfərovanın şagirdlərə ürək sözləri ilə başlayıb.
Müəllimlər şagirdlərinə xoş arzularını və diləklərini bildirmiş, gələcək
təhsillərində uğurlar diləmiş, sevimli balalarından ayrılmağın onun üçün çox
çətin olduğunu dilə gətirmişdir.
Onlar şagirdlərinin bu illər ərzində qazandıqları uğurlardan qürurla söhbət
açdılar.
Daha sonra şagirdlər 4-il ərzində müəllimlərindən öyrəndikləri bilik və
bacarıqları nümayiş etdirib. Mahnılar və rəngarəng rəqslər, gülməli
səhnəciklər ifa ediblər.
Sonda PYP bölməsinin rəhbəri Leyla Məmmədova öz çıxışında bildirmişdir
ki, məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi,
möhkəm, dayanıqlı sütunları olublar. Leyla xanım 4 il ərzində qazanılan
nailiyyətlərdən danışarkən, bildirdi ki,məktəbin təhsil uğurları hər birimizi
sevindirir. Məktəbimizin uğurları müəllimlərimizin gərgin əməyinin, səmərəli,
məhsuldar fəaliyyətinin nəticəsidir. O,şagirdləri təbrik edib,onlara qarşıdakı
təhsil illərində uğurlar arzulayıb.
Tədbirin yekununda çıxış edən valideynlər ibtidai təhsil pilləsini başa
vurmaları münasibəti ilə övladlarını təbrik edib, müəllimlərə sonsuz
minnətdarlıqlarını bildiriblər. Belə yüksək səviyyəli təşkil olunmuş tədbirdə
iştirak etməkdən böyük məmnunluq duyduqlarını dilə gətiriblər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )