Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda CIAT PAYLAŞIMDIR adlı seminar keçirilib - (+FOTOLAR)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “CIAT PAYLAŞIMDIR”adlı seminar keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) 11 iyun 2019-cu il tarixində Koreya Beynalxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlari üçün Koreyada təşkil etdiyi 14 günlük təlim kursunun nəticələrinə həsr olunmuş Bilik Mübadiləsi Seminarı keçirilib.

Bildirilib ki, 2018-ci ilin avqustun 19-dan sentyabrın 1-dək Koreyanın Seul şəhərində “Azərbaycanda baytarlıq preparatlarına və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində müasir xromotoqrafiya metodlarının tətbiqi” mövzusunda təlim kursu keçirilmişdir. TəlimdəAQTİ və Milli Referens laboratoriyasının (MRL) əməkdaşlarindan ibarət 10 nəfərlik nümayəndə heyəti iştirak etmişdir.AQTİ-də keçirilən seminarda Cənubi Koreya Respublikasının qida təhlükəsizliyi sahəsində təcrübəsi geniş müzakirə olunub.

AQTİ-nin sektor müdirləri Sədrəddin Qurbanov və Qiyasəddin Cəlladov təqdimatda çıxış edərək bildiriblər ki, “Azərbaycanda baytarlıq preparatlarına və qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsində müasir xromotoqrafiya metodlarının tətbiqi “proqramı çərçivəsində həyata keçirilən təlim kursu aşağıda qeyd olunan 10-a yaxın mövzunu əhatə etmişdir:

- “Heyvandarlıq və fermer təsərrüfatlarına nəzarət ” ;

- “Koreyada kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi vəkeyfiyyəti”;

- “Koreyada qida təhlükəsizliyinin idarə olunması ;

- “Ekoloji kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması “ ;

- “İzlənilmə sistemi”;

- “Aparılan analizlərin nəzəriyyəsi “ ;

- “KAHAS-ın tətbiqi “ ;

- “Süd məhsullarının analizi “ ;

- “Fəaliyyət planının qurulması “.

Seminarda Koreyanın ərzaq təhlükəsizliyi sahəsində qabaqcıl təcrübəyə malik olduğu qeyd olunaraq, qida təhlükəsizliyinin idarə olunmasında HACCP sisteminin əhəmiyyəti xüsusi vurğulanmışdır. Eyni zamanda bu sistemdə qida məhsullarının təhlükəsizlik göstəricilərinə görə analizi beynəlxalq tələblərə cavab verən ən müasir metodlarla həyata keçirilir.

O cümlədən heyvan sağlamlığı üçün istifadə olunan baytarlıq preparatlarının keyfiyyətinin öyrənilməsində və qida məhsullarında təhlükəsizlik göstəricilərinin araşdırılmasında tətbiq olunan xromatoqrafik analiz metodları bu qəbildəndir.

HACCP mükəmməl bir konsepsiya olaraq qida məhsullarının təhlükəsizliyinə əhəmiyyətli təsir göstərən faktorların identifikasiyası, qiymətləndirilməsi vəidarə edilməsini ümumi şəkildə özündə birləşdirir. HACCP qida məhsulları üçün istehsalın bütün mərhələlərində, o cümlədən istehsal proseslərinin gedişatı, məhsulun saxlanılması dövrü və ya realizasiyası müddətində,bir sözlə qida ilə bağlı istehsal siklinin təhlukəli vəziyyət yarana bilən istənilən nöqtəsində monitorinqini nəzərdə tutur. Bu zaman xüsusi olaraq risklərin həssas nöqtələri nəzarətdə saxlanılmaqla,qida məhsulları ilə bağlı baş verə biləcək hər hansı təhlükənin qarşısı alınaraq,aradan qaldırılır və ya məqbul sayılan səviyyəyə qədər endirilə bilir. HACCP sisteminin iş prinsipi ilə tanışlıq ölkəmizdə qurulan qida təhlükəsizliyi sisteminin formalaşmasında AQTİ əməkdaşları üçün faydalı olacaqdır.

Seminarın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !