Milli Qurtuluş Günü qeyd edildi - (+FOTOLAR)

Milli Qurtuluş Günü qeyd edildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil etdilər.

Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə tədbir iştirakçılarını salamladı. Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova ölkəmizdə 1992-1993-cü illərdə baş verən hadisələrdən, ulu öndər Heydər Əliyevin bu yöndə atdığı addımlardan danışdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə Azərbaycanın inkişafından söhbət açdı. “Azərkitab” Kitab Təbliğatı Mərkəzi layihəsinin rəhbəri Mirisrafil Sabir Həsənov Ulu öndərin siyasi fəaliyyətindən bəhs edən kitablardanməlumat verdi.

Tədbirin iştirakçıları Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxı izlədilər.

Tədbirdə iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova, kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyev, Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova, biblioqraf Səbinə Quliyeva, kitabxana-informasiya fəaliyyəti üzrə müəllim Aysel Həsənova və b. iştirak və çıxış etdilər.

Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “Azərbaycan”, Sabunçu rayon 67 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Nuray Məmmədli“Ay çiçək”, Nərimanov rayonu 93№-li tam orta məktəbin 7-ci sinif şagirdi Mehman Ağazadə isə “Ana Kür”mahnılarını ifa etdilər.

Mərkəzi Kitabxananın metodisti İradə Hüseynova əməkdaşlığa görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !