Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib - (+FOTOLAR)

Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun magistrantlarının magistr dissertasiyalarının müdafiəsi keçirilib.

Dissertasiyaların müdafiəsi institutun ixtisaslaşdırılmış müdafiə şurasının sədri f-r.e.d., professor Telman Məlikov sədrliyi ilə baş tutub.

Qeyd edək ki, magistrlər elmi-tədqiqat işlərini AMEA-nın müxbir üzvləri, professorlar Vaqif Quliyev, Bilal Bilalov, professorlar Həmidulla Aslanov, Ədalət Axundov, Telman Məlikov, Tahir Hacıyev və Rövşən Bəndəliyevin elmi rəhbərliyi ilə aparıblar.

“Riyazi analiz” ixtisası üzrə Fidan Əlizadə, Dünya Əliyeva, Xəyalə Qədirova, Tural Quluyev, Elvin Sadıqov , “Diferensial tənliklər” ixtisası üzrə Aişən Məmmədova, “Optimal proseslərin riyazi nəzəriyyəsi” ixtisası üzrə Könül Rəhimli və “Riyazi fizika” ixtisası üzrə Aydan Abdullayeva dissertasiya işlərini müdafiə ediblər.

Müdafiə uğurla başa çatıb.

 

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )