Qarabağ köçkünü Faiq İsmayılov erməni vandalizmi haqqında... - (+FOTOLAR)

Qarabağ köçkünü Faiq İsmayılov erməni vandalizmi haqqında... (+FOTOLAR)

Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin dəstəyi ilə 7-9 iyun 2019-cu il tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq "Tarixi şəhərlərdə kütləvi turizm" adlı Beynəlxalq Memarlıq Forumu öz işinə başladı, Forumda iştirak etmək üçün ölkəmizə 350 nəfər xarici qonaq gəlmişdi. Forum çərçivəsində 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclasının və iyunun 11-də növbədənkənar Baş Assambleyası keçirildi, iyun ayının 11-də axşam saat 20-00-da Qala Konsertlə öz işini başa çatdırdı.

Forumun işində Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye, BMT-nin Dünya Turizm Təşkilatının turizm bazarının təhlili və rəqabətliliyi departamentinin baş mütəxəssisi Miçel Julian iştirak edirdilər.
Mənim bu tədbirin gedişində məqsədim; Dünyanın dörd qitəsindən bura axışan memarların diqqətinə Azərbaycanın işğal altındakı ərazilərində qalan mədəni irsin erməni vandalizminə uğradıldığnı diqqətə çatdırmaq idi.
Bu işdə mənə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə və Peşəkarlıq etikası Kollegiyasının
sədri Babakişiyev Rasim Calal oğlu açıq dəstək verdilər. Məhz onların dəstəyi sayəsində, xüsusi bir salonda 1200 fotoşəkildən ibarət işğal altındakı memarlıq abidələrinə vurulan zərərləri əks etdirən bir sərgini üç gün nümayiş etdirdik.
İyunun 9-u Forumun iclasında ilk söz mənə veriuldi, Mən Azərbaycanın işğal altındakı mədəni irsinin son durumu haqqında məruzə etdim. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bu məruzəni olduğu kimi diqqətinizə çatdırmağı özümə borc bildim.

“Hörmətli dostlar, əziz həmkarlar, dəvətimizi qəbul edib "Tarixi şəhərlərdə kütləvi turizm" adlı bu Forumda iştirak etdiyinizə görə sizə öz səmimi minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu neçə gündə turizmin inkişafı ilə bağlı verdiyiniz geniş aşıqlamalar, Azərbaycanda da turizmin inkişafına böyük töhfə verəcəyinə inanıram. Sizin ölkələrinizin təcrübəsi maraqlı və çox dəyərlidir. Öz təcrübələriniz haqqında bu salonda verdiyiniz bütün məlumatlar tərəfimizdən çox maraqla dinlənilir.
Azərbaycan tolerantlıq və multukulturalizm ənənələrinə sadiq qalan bir ölkədir. Burada hər bir milli azlığın dini və milli dəyərləri qorunur və bərabər şəkildə təbliğ edilir. Əgər Formdan sonra vaxt ayırıb bizim bölgələrimizə səyahət etsəniz mənim bütün bu dediklərimin əyani şahidi olacaqsınız.
Turizm həm də dünyada xalqlar arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verən bir sahədir. Bu baxımdan dünyada turizm sənayesinin inkişafı olduqca vacibdir.
Bütün dünyada olduğu kimi Azərbaycanda da turizm sənayesinin yüksək templə artan inkişafı göz qabağındadır. Turizmin inkişafı üçün ölkəmizdə sabitlik, iqtisadiyyatın dnamik inkişafı və zəngin tarixi mədəni irs mövcuddur.

Turizmin inkişafı ölkələrdə tarixi mədəni irsin qorunmasını zəruri edir. Bu fakt YUNESKO – nun konvensiyalarında və protokollarında tələb kimi irəli sürülür.
Nə qədər acı olsada deməliyəm ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 1992-ci ildə 20%-ni işğal etməsi, Azərbaycanın turizm sənayesinə yüz milyard dollarla zərər vurmuş işğal altındakı ərazilərdə qalan 2645 tarix və mədəniyyət abidəsinin bir qisminin məhv edilməsinə, bir qisminin isə formasının dəyişdirilərək erməniləşdirilməsinə səbəb olmuşdur.
Diqqətinizə çatdırıram ki Ermənistan Respublikası «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının müvafiq müddəalarını pozarak vandalizm hallarına yol verir. Bütün bunları əyani şəkildə görməyiniz üçün biz foyedə erməni vandalizminə uğradılan tarix və mədəniyyət abidələrinin bir qismindən ibarət sərgi düzəltdik. Sizlər üç gündür foyedə bu dəhşətli mənzərələri seyr edirsiniz.
Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Haaqa konvensiyasında, konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir.
21 dekabr 2012-ci il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir.
Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsi imkanları əks olunmuşdur.
18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyalarının göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır.
Azərbaycan Respublikası, YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı tərəfin Ermənistanın nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır.
Ermənistan, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir.
Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-qanuni iddiası, 1992-ci ildə işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək kimi qeyri-qanuni fəaliyyət həyata keçirir.
Ermənistanın Azərbaycana qarçı yeritdiyi təcavüzkar siyasəti nəticəsində (Ermənistan Azərbaycan cəbhə xəttində tətbiq edilən atəşkəs dövrü) 10 mindən çox yer adlarını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və yüzlərlə toponimləri dəyişdirərək erməni adları ilə əvəz ediblər.
Ermənistan işğal altında saxladıgı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsələri inşa edib. Eləcədə, Azərbaycanın işğal altındakı bütün ərazilərində yüzlərlə erməni xaç nişanlarını daş üzərində yaradaraq yayır, beynəlxalq terrorçulara momerial komplekslər tikirlər. Ermənistanın bu fəaliyyəti mütamadi olaraq hər il davam etdirilir.
Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, tərəfimizdən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır.
Daha dəqiq desək, 1510 Mədəniyyət müəsisəsii. O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evli, 2645 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya mənimsənilmişdir.
Diqqətinizə görə təşəkkür edirəm. Mən Qarabağdan olan bir məcburi köçkün kimi erməni vandalizmi barədə sizə məlumat verməyi özümə borc bildim”


Faiq İsmayılov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !