“Mister və Miss kids” yarışması keçirilib - (+FOTOLAR)

“Mister və Miss kids” yarışması keçirilib (+FOTOLAR)

 Nəhayət ki, artıq günlərdir anonsları yayımlanan və hər kəsin səbrsizliklə gözlədiyi "Mister və Miss Kids 2019" yarışmasının final mərhələsi baş tutdu. Final mərhələsi "Romance Hall"da reallaşdı.

AZpress.AZ xəbər verir ki, final mərhələsindən öncə sosial mediada 3-14 yaş arasında uşaqlar üçün kastinq elan olundu. Kastinqə 200-dən artıq uşaq qatıldı. Onlardan yalnız kastinq yolu ilə finala vəsiqə qazanan 30-dan çox uşaq finalda“Mister və Miss Kids” adlı uğrunda mübarizə apardı. Gecədə iştirakçılar iki tərzdə - tarixi və avanqard geyimlərini nümayiş etdiriblər. Fidan balarımıza tarixi geyimlərini peşəkar modelyer- dizayner Aygün Mahmudova hazırladı. Tədbirdə balaca modellərimizi Azərbaycan Dövlət rəssamlıq Akademiyasının tələbələri öz əksəriyyət avanqard geyimləri ilə təmin etmişdi.

Müsabiqədə 10-14 yaş qızlar arsında Şelakova Asiya oğlanlarda Şeyx Məhəmməd Şəhriyar
7-9 yaş qızlarda Məmmədova Ayan oğlanlarda Mürsəlli Harun
3-6 yaş qızlarda Mahmudova Məryəm oğlanlarda İbrahimov Əli müsabiqənin qalibləri oldular.
Münsiflər heyətində modelyer Şəlalə Maqsudova, rəqqasə Oksana Rəsulova, prodüser Mədinə Məlik və "Fashion Club" model məktəbinin rəhbəri Lyubov Kutorova təmsil olunub.
Müsabiqədə gənc modelyerlərədə xüsusi diqqət ayrılmışdı. Modelyer Şölə Zülfüqarova və Nərmin Məmmədova avanqart geyimə görə müsabiqənin dəyərli hədiyyəsini qazandı.

Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı layihənin çox çətin, eyni zamanda maraqlı olduğunu vurğulayıb. Gecənin aparıcılığını model Elçin Əziz və Sədaqət Rəşidqızı edib.

Fidan balalarımıza hədiyyəni isə tədbirin təşkilatçı dəstəkçilləri "Hünnap" uşaq peçenyesi, "Romance Hall", "Bolşoy Prazdnik", "Azəri Production" və “Şokki Mokki” yağları təqdim etdi. Uşaqların saç düzümü “Yuna Land-e” salonuna məxsusdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )