Yeniyetmə və gənclər rəsm əsərləri vasitəsilə Narkomaniya- ölümü yaxınlaşdırır, yaxınları uzaqlaşdırır dedilər - (+FOTOLAR)

Yeniyetmə və gənclər rəsm əsərləri vasitəsilə “Narkomaniya- ölümü yaxınlaşdırır, yaxınları uzaqlaşdırır” dedilər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İdman yarışları vasitəsilə gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkili” layihəsini həyata keçirir.

Layihənin əsas məqsədini yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində idman oyunları vasitəsilə maarifləndirmək təşkil edir.

Layihənin icrası müddətində Narkomaniya ilə mübarizə və sağlam həyat tərzinin təbliği ilə bağlı “Narkomaniya- könüllü olümdür” mövzusunda start verilmiş rəsm müsabiqəsinin yekunları ilə bağlı 8 iyun 2019- cu ildə İsmayıllı rayonu Rəsm Qalereyasında rəsm əsərlərinin qiymətləndirilməsi və müsabiqədinin yekunları ilə bağlı tədbir keçirilmışdır.

Tədbirdə İsmayıllı rayon İcra hakimiyyətinin, İsmayıllı rayon Təhsil şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, media, QHT nümayəndələrinin iştirakı və 40-a yaxın rəsm əsərinin və əl işlərinin nümayişi həyata keçirilmişdir.

Eyni zamanda tədbir zamanı layihə eksperti tərəfindən zərərli vərdişlər və onlardan necə qorunmaq olar, narkomaniya ilə mübarizədə qeyri formal metodlar,uşaqların asudə vaxtının təşkilində idman oyunlarının rolu və keciriləcək idman festivalı haqqında təqdimat etmiş müzakirələr təşkil olunmuşdur.

“Narkomaniya- könüllü olümdür” adlı rəsm müsabiqəsinin keçirilməsi problemi dərindən dərk etməklə yanaşı, onun cəmiyyət, ətraf mühit üçün böyük bir bəla olduğunu və rəsm əsərləri vasitəsilə narkomaniya ilə mübarizə və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşması məqsədi daşımışdır.
Elan olunmuş müsabiqə şərtlərinə uyğun olaraq təqdim edilmiş 40- a yaxın rəsm əsərindən ən çox bəyənilən 5 rəsm müəllifləri müsabiqənin qalibləri elan edilmişdir.

Qaliblərə I yer- 1 nəfər, II yer- 2 nəfər və III yer- 2 nəfər olmaqla diplom və mükafatlar təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !