Pakistanın nüfuzlu “The News International” və digər mətbuat orqanları Azərbaycan səfirinin məqaləsini dərc edib -

Pakistanın nüfuzlu “The News International” və digər mətbuat orqanları Azərbaycan səfirinin məqaləsini dərc edib

“The News İnternational” qəzetinin 09 iyun buraxılışında və internet saytında, eləcə də “Diplomatic News Agency” informasiya agentliyinin internet səhifəsində və müəyyən digər informasiya mənbələrində dərc olunmuş Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müəllifi olduğu “Diplomatic aspirations”(Diplomatik məqsədlər) başlıqlı məqalədə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasından və 9 iyul 1919-cu ildə Azərbaycanın ilk Xarici İşlər İşlər Nazirliyinin rəsmi olaraq təsis olunmasından, müasir Azərbaycanın, ADR-in varisi olaraq müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq qısa zamanda əldə etdiyi çoxşahəli uğurlarından bəhs olunur.
Məqalədə bütün xalqlar və dövlətlər ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasının Azərbaycan Demokratik Respublikasının xarici siyasət prioritetlərindən biri kimi müəyyən edildiyi, aparılan çox çətin, lakin uğurlu siyasət nəticəsində ADR-in defakto olaraq dünya dövlətləri tərəfindən tanındığı və Paris Sülh Konfransının Ali Şurasına dəvət aldığı, həmin dövrdə ADR-in xaricdə 16 diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi vurğulanır. 1920-ci ildə Sovet Hökümətinin işğalı ilə ADR-in və onun müstəqil Xarici İşlər Nazirliyinin fəaliyyətinə son qoyulmasına baxmayaraq yaradılan tarixin, keçilən yolun və azadlıq əzminin xalqımızın yaddaşına hopduğu və Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə yenidən bərpa etdiyi qeyd olunur.
Məqalədə ümumilli lider Heydər Əliyevin uzaqgörənliyi və xidmətləri nəticəsində müstəqilliyimizin qorunub saxlandığı, onun müəyyən etdiyi müdrik daxili və xarici siyasəti ilə başlanan dövlət quruculuğu prosesinin Azərbaycana böyük uğurlar gətirdiyi, cəbhədə günahsız insanlarının erməni qəsbkarları tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinin qarşısı alınaraq atəşkəsə nail olunduğu, beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bildirilir.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bugün müasir, müstəqil və demokratik Azərbaycanın öz sosial-iqtisadi inkişafı, tərəqqisi, dövlət idarəçiliyi və beynəlxalq əlaqələrdə daim artan nüfuzu ilə ADR-in arzu və ideyalarını reallığa çevirdiyi, son 15 ildə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığı, yoxsulluğun minimum dərəcəyə endirildiyi, Doing Bussines kimi beynəlxalq reyting agentliyinin hesabat tarixində ən yaxşı nailiyyət əldə edən ölkə olaraq Azərbaycanın 2019-cu il üzrə 37 pillə irəlilədiyini və 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığı da vurğulanır. Azərbaycanın apardığı məhz uğurlu xarici siyasət nəticəsində dünyanın 155 ölkəsinin etimadını qazanaraq 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi diqqətə çatdırılır.
Məqalədə Azərbaycanın Pakistanla da əlaqələrinə yer verilir, Pakistanla əlaqələrin daha da inkişafı və dərinləşdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən birini təşkil etdiyi, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyən qardaş, dost ölkə və strateji tərəfdaş olduğu qeyd olunur.
Məqalədə Azərbaycanın hazırda 70-dən çox xarici ölkədə diplomatik nümayəndələyinin fəaliyyət göstərdiyi, bu il Azərbaycan Diplomatiyasının 100 illik yubileyinin qeyd olunduğu, ölkə rəhbərliyinin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə rolunun hər il daha da artıdığı və bu çətin missiyanın həyata keçirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqların icrasının ölkəmizin diplomatların üzərinə düşdüyü, ulu öndərin Heydər Əliyevin "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir" kəlamından ilham alan Azərbaycan diplomatlarının bütün vəzifə və təlimatların yerinə yetirlməsinə hər zaman hazır olduğu bildirilir.
Xatırladaq ki, yüz minlərlə internet izləyicisi ilə yanaşı “The News İnternational” qəzeti Pakistanın ən çox dövriyyəsi olan, Pakistanın 4 böyük şəhərində, eləcə də London şəhərində ümumi gündəlik təxminən 140 min tirajla yayılan ingilis dilli qəzetlərindəndir. “Diplomatic News Agency” informasiya agentliyi isə çoxsaylı yerli oxucularla yanaşı Pakistanda fəaliyyət göstərən diplomatik korpusun da izlədiyi informasiya agentliklərindəndir. Məqalə ilə ağaşıdakı linklərdən tanış olmaq olar:

 

https://www.thenews.com.pk/print/481737-diplomatic-aspirations

 

http://www.dnanews.com.pk/diplomatic-aspirations-ali-alizada/

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )