Gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi keçirildi - + FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

Gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi keçirildi + FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

Iyunun 1-də gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi Xətai Sənət Mərkəzində gerçəkləşib.
Mərkəzinin direktoru Zahid Əvəzov gənc rəssamın Xətai Uşaq Yaradıcılıq Rəsm Studiyasının tələbəsi olduğunu qeyd edib. Bildirib ki, sərgidə nümayiş edilən əsərlər F. Mahmudovanın iki, üç illik yaradıcılığının məhsuldur.Ümid edirəm ki, F. Mahmudova daha böyük nailiyyətlərə imza atacaq, öz sənəti ilə xalqının, millətinin sevimlisi olmağı bacaracaq.
Gənc rəssamın müəllimi Əbdül Şərifov çıxış edərək tələbəsinin yaradıcılığından danışıb. Sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmun baxımından olduqca maraqlı olduğuna diqqət çəkən Ə. Şərifov söyləyib ki, ekspozisiyada yer alan əsərlər tələbəsinin incəsənət duyumu və sənətə olan sevgisindən xəbər verir. Bildirib ki, sərgidə F. Mahmudovanın 70-dək rəsm əsəri yer alır. Tələbəsini sərgi münasibətilə təbrik edən müəllim, ona gələcək sənət fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.
Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov, rəssamın müəllimləri və yaxınları çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb, rəsm əsərlərinin məziyyətlərindən bəhs ediblər.
Sərginin ziyarətçiləri , əsasəndə gənc rəssamın yaxınlari, qohumları və dostları sərgidə bir bayram əhfal ruhiyəsi ilə iştirak etdi və sərginin sonunda gəng rəssamin 20 –yə yaxin əsərini həm rəssama dəstək həm də xatirə olaraq alıb götürdülər
Qeyd edək ki, F. Mahmudova respublikada təşkil edilən bir çox rəsm sərgilərinin fəal iştirakçısıdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )