Xırdalanda Sazımızın qüdrəti, Sözümüzün hikməti adlı konsert keçirilib - (+FOTOLAR)

Xırdalanda “Sazımızın qüdrəti, Sözümüzün hikməti” adlı konsert keçirilib (+FOTOLAR)

Bu gün Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aşıq sənətinin inkişafına həsr olunan “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı konsert keçirilib

Konsert proqramında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açılıb. Qeyd edilib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün bütün xalqın ürəyində yaşayır.

 

Tədbirdə Xırdalan, Ceyranbatan , Mehdiabad musiqi məktəblərinin və Rayon Mədəniyyət Mərkəzinin aşıqları çıxış edərək, saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirib, ustadın yazdığı şeirləri, bir-birindən zəngin saz havaları ifa edərək tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaradıblar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !