Lələnin tüfəngi, Gəncədəki qorxulu dəstələr və məxfi iclasın protokolu – Qiyam olmaya bilməzdi - - Nicat DAĞLAR

“Lələnin” tüfəngi, Gəncədəki qorxulu dəstələr və məxfi iclasın protokolu – Qiyam olmaya bilməzdi - Nicat DAĞLAR

1993-cü il 4 iyun qiyamı ərəfəsində Gəncədə yaşananları yaxşı xatırlayıram. Şəhər qiyamdan xeyli əvvəl Surət Hüseynovun əsgərləri tərəfindən tam nəzarətə götürülmüşdü. Hər addımbaşı silhalı hərbçilərə rast gəlinirdi. Əksəriyyəti başına, üzərində “Lələ” yazılmış qara lentlər bağlayırdılar. Toy-düyün olanda hamısı tökülüşürdü. Aramsız açılan atəşlə divara bəyin adını həkk edirdilər. Ümumiyyətlə, həmin dönəmlərdə Gəncədə adi adamların da belində tapança olardı. Hətta bəzən əlisilahlı uşaqlara da rast gəlinirdi…

 

Bir də görürdün atışma düşdü. Sağdan-soldan güllələr yağır, hərə bir tərəfə qaçıb canını qurtarmağa çalışırdı. Hətta məişət müstəvisində yaranan mübahisələrin də silah gücü ilə həll olunmasına üstünlük verilirdi – Məhkəmə yox, müstəntiq yox, prokuror yox… İtin yiyəsini tanımadığı bir şəraitdə hansısa avaranın iynələnib, nəşələnib atdığı gülləyə tuş gələrdinsə, qanın batacaqdı… Təzə maşın alanları peşman edirdilər. Surət Hüseynovun qohumu Kəramətin adamları gəlib deyirdilər ki, ver biraz biz sürək, salamat qalsa, sən də sürərsən. Ağzın nə idi verməyəsən. Yerindəcə qanını ovcuna axıdardılar…

***

Rəsmi dövlət idarələrində, dükan-bazarda, təhsil müəssisələrində – bir sözlə hər yerdə Surət Hüseynovun silahlı dəstələrilə qarşılaşırdın. Onların xətrinə dəymək olmazdı, hamı tabe olmalı, tələbləri qeyd-şərtsiz yerinə yetiriməliydi.

 

Mərkəzə tabeçilkdən söhbət belə gedə bilməzdi – Gəncə bütünlüklə Surət Hüseynovun tabeçiliyi altında idi. Ondan rüsxət alınmasaydı şəhərin üzərindəm quş da uçammazdı…

 

Bütün bunları niyə xatırladım? Elçibəy iqtidarının baş naziri olmuş Pənah Hüseynin yaydığı bir protokola görə. Yəqin ki, oxuyanlarınız olub. Söhbət Dövlət Müdafiə Komitəsinin 26 may 1993-cü il tarixində keçirilmiş məxfi iclasının protokolundan gedir. Qiyama 8 gün qalmış keçirilən iclasda dövlətin baş bilənləri Surət Heseynovla bağlı məsələləri də müzakirə ediblər. Yox, biraz yekə çıxıdı. Məsələlərə toxunublar desəm, daha dəqiq olar. Protokoldakı həmin hissəyə diqqət edək:

Prezident Əbülfəz Elçibəy: Seyfəlidə Surətin bir hissəsi var. Verilən məlumata görə orada atışmada 3 nəfər bir-birini öldürüb.

Müdafiə naziri Dadaş Rzayev: Seyfəlidə bizə tabe olan bir batlyon var.

Dövlət katibi Əli Kərimov: İndi bəzi batalyon komandirləri Gəncədə Hərbi Birlik yaradıb imza atırlar ki, Surətə tabedirlər. Bu adamlar tezliklə ordudan təcrid olunmalıdır.

A.Allahverdiyev: Getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır.

Əli Kərimov: Bunların çoxu komandirlərdir. Onlar operativ şəkildə hərbi hissələrdən təcrid edilməlidir.

Parlametin sədri İsa Qəmbər: Bayramdan sonra bu məsələ həll olunmalıdır.

Göründüyü kimi, hakimiyyətin devrilməsilə nəticələnəcək qiyama təxminən bir həftə qalmış da dövlətin ali vəzifələrini tutan şəxslərdə Gəncədəki real vəziyyətlə bağlı səhih məlumat olmayıb. Protokol açıq şəkildə göstərir ki, hakimiyyətin yuxarı dairələrində qeyri-müəyyən vəziyyət hökm sürüb, addım-addım yaxınlaşan təhlükəyə adekvat olmayan münasibət göstərilib. Təsəvvür edin, qiyama günlər qaldığı bir ərəfədə Surət Hüseynovun Seyfəlidəki hansısa hissəsindən bəhs olunub. Aylar öncədən paytaxla əlaqəsi demək olar ki, kəsilmiş Gəncədə hökmranlıq tamamən Surət Hüseynova keçib, şəhərin az qala hər küçəsində postlar qurulub, hər yerdə qiyamçı polkovnikin “bayraqlarına” rast gəlinir, iqtidar mənsubları isə diqqəti Şəmkirin Seyfəli kəndindəki hissəyə yönəldiblər – Qiyam niyə olmamalıydı ki?

Bir həftədən sonra devriləcək hakimiyyətin təmsilçisi Dövlət Müdafiə Komitəsinin məxf iclasında durub deyibsə ki, son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar, qiyam niyə baş verməməliydi ki? Hacıkənd ey… O boyda şəhər, ətraf rayonlar mərkəzə tabe olmurdu – Surət Hüseynov özü üçün ayrıca dövlət qurmuşdu, tankalar, BMP-lər… üzü Bakıya sarı hazır vəziyyətdə komanda gözləyirdilər, dövlətin yüksək vəzifəlisi isə hansısa kənddən, qəsəbədən aldığı xırda xəbərdən “narahat” olubsa – qiyam qacılmaz deyildimi? Yaxud götürək Əli Kərimlinin “Surətə qoşulan komandirlər operativ şəkildə hərbi hissələrdən təcrid edilməlidir” şəkilli reaksiyasını. Dövlət katibi arxadan daş atıb Surət Hüseynovun topuğunu nişan almaq istəyib. Bəs görəsən Surət Hüseynov özünə hərbi səltənət quranda, Gəncəni küçə-küçə, məhəllə-məhəllə nəzarət altına alanda hara baxırdılar? Nə işlə məşğul idilər? İş-işdən keçəndən sonra “operativ müdaxilə” təklifi yaralı barmağa məlhəm ola bilməzdi axı – Surət Huseynov avtomatın lüləyi ilə Prezident Aparatının “qapılarını döyürdü”…

***

Hə, artıq tam aydın oldu ki, AXC iqtidarının ölkədən xəbəri olmayıb. Nə Prezidentdə yerlərdəki real vəziyyət barədə dəqiq məlumat olub, nə də digərlərində. Olsaydı, parlamentin sədri İsa Qəmbər Dövlət Müdafiə Komitəsinin QİYAMA 8 GÜN QALMIŞ keçirilən iclasında, “Bayramdan sonra bu məsələ həll olunmalıdır” deməzdi…

 

Dövlət, onu tanımaq istəməyənin başının üstünü təxirə salmadan kəsdirməlidir! “Bayramdan sonraya” saxlayanda qiyam olur!

***

Protokolda icra başçıları ilə briqada komandirləri arasında qarşıdurmaların yaşanmasından, yerlərdəki müxtəlif özbaşnalıq hallarından da bəhs olunur. Amma bir nəfər həmin vəziyyətə uyğun konkret tədbirlərin görülməsini təklif etmir. Ümumiyyətlə, sözügedən protokol o zamankı hakimiyyətin ölkəni demək olar ki, taleyin ümidinə burxdığını göstərir.

Surət Hüseynov həbsdən azad olunduğu gün ondan müsahibə almışam. Qiyamın səbəblərini soruşanda, təxminən belə cavab vermişdi: “Əşi, biri zəng edirdi ki, filan batalyonu filan kəndə apar. O biri zəng edirdi ki, yox, ora getmə, əsgərləri geri qaytar. Səhər zəng edirdilər ki, gərək mövqeləri dəyişməyəydin. Mən də axırda bezdim…”

***

Zaman bizə çox şeyi öyrədir. İllər ötdükcə doğru bildiklərinin əslində həqiqətlə yaxından-uzaqdan əlaqəsənin olmadığını yəqin edirsən. Ortaya sənədlər çıxır, məxfi iclasların protokolları yayılır, beləliklə də bir çox qaranlıq və alaqaranlıq məsələlərin üzərindəki pərdə çəkilir. Məsələn…

Aydın olur ki, Heydər Əliyev gəlməsəydi Azərbaycanın gələcəyi, dövlətin taleyi “bayramdan sonra həll edərik” biganəliyində “boğulacaqdı”… 

 

nicatdaglar.wordpress.com

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !