Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib - +FOTOLAR ( AZpressAZ - İ.Rüstəm)

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib +FOTOLAR ( AZpressAZ - İ.Rüstəm)

AZpress.AZ xəbər verir ki, 1 iyun bütün dünya Uşaqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Ümumdünya Uşaqlar günü 1954-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqların şərəfinə keçirilməsi tövsiyə olundu. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəlmişdir. Beləliklə BMT tərəfindən 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyənnaməsi” 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası” qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perespektivlərinin müəyyənləşdiliməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalanmışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur.

Uşaqlara aid olan bu bayram Azərbaycanda təntənəli surətdə qeyd olunur. 1 iyun 2019-cu il tarixində “Vəfa art studio” rəssamlıq kursu tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi kursun tələbələrinin əyləncəsini təşkil etmək və yaratdıqları rəsm əsərlərini nümayiş etdirməkdir. Tədbirdə kursun 14 tələbəsinin fərqli janr və texnikalarda çəkilmiş rəsm əsərləri sərgilənmişdir. Mənzərə, nütrmort, portret janrlarında çəkilmiş rəsmləri kətan üzərində akril boya, kağız üzərində sulu və quaş boyalarla çəkilmişdir. Sərgilənən rəsm əsərləri böyük diqqət və marağa səbəb olmuşdur. Sərgidə rəssam tələbələr Elgül Əliyev “Gül natürmort”, Aytac Əliyeva“Təbiət mənzərəsi”, İlahə Zahidova “Flaminqo”, Nəzrin Cəlilova “Pişiklə qız”, Səidə Mayılova “Zənci qadın”, Fidan Musayeva “Çiçəkli qadın”, Ayan Quliyeva “Çiçəkli baxça”, İsmayıl Cəlilov “Kənd mənzərəsi”, Ayaz Eynullayev “Qayıq”, Fərəh Rzayeva “Kafelərin küçəsi”, Dəniz Məmmədli “Ağaclı göl”, Xədicə Ağayeva “Mələklər”, Türkan Qafarova “Ucsuz bucaqsız yol”, İnci Yüzbaşı “Çiçəklər” adlı rəsm əsərləri ilə iştirak etmişlər.

Sərgidən dərhal sonra tədbirin bədii hissəsinə keçirilmişdir. Kursun rəhbəri Vəfa xanım 1 iyun tarixini yaddaşa həkk etmək üçün tələbələrin müxtəlif rənglərlə boyalı olan əl izlərini divara möhürləmişdir. Tədbirdə iştirak edən tələbələrin hər birinə kurs tərəfindən hazırlanmış Diplomlar təqdim olunmuşdur.

Diplomlar təqdim olunan uşaqların siyahısı:

Aytac Əliyeva
Elgül Əlirızayeva
Səidə Mayılova
İlahə Zahidova
Fidan Musayeva
Fərəh Rzayeva
İsmayıl Cəlilov
Nəzrin Cəlilova
Ayaz Eynullayev
Ayan Quliyeva
Xədicə Ağayeva
Dəniz Məmmədli
Türkan Qafarova
İnci Yüzbaşı
Sonda tələbələr arasında 4 nəfərin Ayan Quliyeva, Türkan Qafarova, İnci Yüzbaşı, Xədicə Ağayevanın doğum günləri qeyd olundu.

Tələbələrin böyük sevincinə səbəb olan bu günü yadda qalan etməyə çalışan kurs rəhbəri rəssam Vəfa Yüzbaşıya təşəkkür bildirildi. Hər bir tələbəyə daimi xoşbəxtlik və sağlamlıq diləyirik. Bayramınız mübarək! 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )