Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər” -

Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”

 AZpress.AZ xəbər verir ki, Mədəniyyətimizin, ədəbiyyatımızın xüsusilə teatrlarımızın inkişafı və təbliği dövlətimizin milli dəyərlərinə bağlılığının əsas göstəricilərindəndir. Bu istiqamətdə imzalanan Sərəncamlar, incəsənət xadimlərinə, teatrlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Cari mövsümdə 50 yaşını təntənəli şəkildə qeydedən Sumqayıt Dövlət Dram Teatrı böyük şövqlə bu əlahiddə qayğının tərənnümü olan sərəncamların həyata keçirilməsinə dair repertuar planını hazırlamışdır. Belə ki, yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsiniə dair ölkə başçımızın imzaladığı Sərəncama uyğun olaraq ədibin yaradıcılığından “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlamışdır.

Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin , var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə almışdır. Tamaşanın quruluşu teatrımıza dəvət olunmuş istedadlı rejissor Elşən Zeynallıya həvalə olunmuşdur. Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda Əməkdar Artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov və İlqar İbrahimov çıxış edəcəklər. Qeyd edək ki tamaşanın ilk nümayişi iyul ayının ilk həftələrində nəzərdə tutulur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )