Regionlarda "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" təlim görüşləri baş tutub - (+FOTOLAR)

Regionlarda "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" təlim görüşləri baş tutub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 18 may 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ADA Universitetində 100-dən çox gəncin iştirakı ilə həyata keçirilmiş "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının davamlılığının təmin edilməsi məqsədi ilə 30 May Şirvan Gənclər Evində, 31 May Mingəçevir Gənclər Evində, 1 İyun Gəncə Gənclər Evi və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində, 2 İyun tarixində isə Balakən Gənclər Evində təlim görüşləri baş tutub.

Təlimlər, "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva və ADA Universitetinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Milana İbrahimova tərəfindən regionlarda fəaliyyət göstərən Gənclər Evlərində müvafiq olaraq müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.

Təlimlərdə ümumi olaraq Məhbubə Musayeva və Milana İbrahimova Mart ayının əvvəlində NAYORA tərəfindən9000-dən çox gənc arasında keçirilmiş DİM üzrə sorğunun nəticələrini elan etmiş, daha sonra isə iştirakçılar qruplarda iş şəklində Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planlaması aparmışlar.
DİM-lərin icrası zamanı 17 məqsədə nail olmaq üçün milli çərçivələr yaratmaq, əldə olunan irəliləyləri izləmək və təhlil etmək, bunun üçün keyfiyyətli və əlçatan məlumatların vaxtında toplanması, DİM-lərin icrasının regional səviyyədə izlənməsi və təhlili metodları barədə geniş məlumat vermişlər.

Eyni zamanda, təlimçilər təlimlər zamanı layihələrin təşkilindəqrup işinin təşkili, layihə təhlili zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları,layihə idarəetmə prosesi və əsasları, görüləcək işlərin strukturu, vaxtın planlaşdırılması və metodları, büdcənin planlaşdırılması, planın reallığa uyğunlaşdırılması və digər mövzularda ətraflı məlumat vermişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !