"Konsertmeyster sənəti" mövzusunda keçirilmiş konfrans öz işini başa çatdırdı - (+FOTOLAR)

"Konsertmeyster sənəti" mövzusunda keçirilmiş konfrans öz işini başa çatdırdı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycanda ixtisaslı musiqiçi kadrların hazırlanmasında misilsiz xidmətləri olan, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı kafedrası"nın müdiri olmuş, yüksək peşəkarlığı ilə seçilən pedaqoq, gözəl alim professor, mərhum Nailə xanım İbrahimova yoxluğu ilə onu sevənlərin qəlblərində niskinlik izləri buraxıb. Həyatı boyu vətəni, xalqı, onun gələcəyi olan gənc nəsillər üçün çalışmış, onların bilik və bacarıqlarının yüksək səviyyəyə qalxması yolunda bir musiqiçi və əsl pedaqoq kimi əlindən gələni əsirgəməmişdir.

Nailə İbrahimovanın məhz bu keyfiyyətləri yaxın günlərdə “AZƏRBAYCAN KONSERTMEYSTER SƏNƏTİNİN İNKİŞAFINDA ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR NAİLƏ İBRAHİMOVANIN YERİ VƏ ROLU”mövzusunda keçirilmişElmi-Praktik Konfransın iştirakçılarının məruzələrinin əsas qəyəsini təşkil etdi.

Konfransda Azərbaycanın tanınmış elm və musiqi xadimləri- Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət və elm xadimi, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Xalq yazıçısı Çingiz Abdullayevçıxış edərək Nailə xanımın elmi-pedaqoji fəaliyyəti, Azərbaycan elminə, konsertmeyster sənətinə gətirdiyi yeniliklər, həmçinin onunla bağlı ölməz xatirələrini öz məruzələrində təqdim etdilər.

Konfrans çərçivəsində izləyicilərə rejissoru Namiq Zeynalov, müəllifi Nailə xanımın tələbəsi dosent Könül Hüseynovanın olduğu Nailə xanım İbrahimovanın həyat və yaradıcılığından bəhs edən “QƏLBİMİZDƏ YAŞAYAN İNSAN” filmi təqdim edildi.

Daha sonra konfrans çərçivəsində Nailə İbrahimovanın rəhbərlik etmiş olduğu “Konsertmeyster ustalığı” kafedrasının müəllimləri - Professor Gülnarə Məmmədyarova, Dosentlər Tofiq Bədirxanov, Könül Hüseynova , baş müəllim Yuliya Kərimovanıniştirakı ilə təşkil olunmuş konsert proqramı təqdim olundu. Konsertin solistləri səhnəmizin parlaq opera ulduzları- Azərbaycan Respublikasının Xalq artistləri Gülnaz İsmayılova və Fidan Hacıyeva, Azərbaycan Respublikasının Əməkdar artistlər Anton Ferştandt, o cümlədən Opera Studiyasının solisti Adil Axundov, Yuliya Behbudova idilər. Bütün konsert iştirakçıları maraqlı proqram ilə öz yüksək ifaçılıq məharətlərini bir daha nümayiş etdirmiş oldular. Onu da qeyd edək ki, konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Yulizana Kuxmazovanın rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə xoru da çıxış edərək proqrama xüsusi bir rəng qatmış oldular.

Sonda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək bütün konfrans və konsert iştirakçılarına dərin minnətdarlığını bildirdi “ Müəllim zəhməti danılmazdır. Müəllimlərin tələbələr tərəfindən bu cür xatırlanması və onların xatirələrinin əbədiləşdirilməsi dahi Üzeyir bəy ənənlərinindəndir. Mən konfransın sədri professor Gülnaz xanım Abdullazadəyə, təşkilatçısı Könül Hüseynovaya təşəkkürümü bildirirəm. O, müəllimlərini hər zaman yüksək qiymətləndirən əsl tələbədir...”

Onu da qeyd edək ki, Elmi-Praktik konfransın sədri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, konfransın təşkilatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Hüseynovadır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !