"Beynəlxalq Əlillər Cəmiyyəti" İB əlilliyi olan insanlara psixoloji dəstək göstərir - (+FOTOLAR)

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB əlilliyi olan insanlara psixoloji dəstək göstərir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Layihə zamanı qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görülür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparılır.

Layihənin icrası zamanı İctimai Birliyə sosial problemlərinin həlli üçün müraciət edənlər-2-ci qrup əlil Sarvan Əmrahov, 2-ci qrup əlil Məlahət Abdullayeva, 2-ci qrup Qarabağ müharibəsi əlili Nazir Hüseynov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Saleh Qarayev, Rahim Qədimov və Şuşa şəhərindən məcburi köçkün Fəxrəddin Ağamirovla söhbət apararkən onların keçirdikləri sarsıntılar nəticəsində psixoloji dəstəyə də ehtiyacı olduqları aşkar olundu. Odur ki, 03.06.2019-cu il tarixində İB-in ofisində psixoloq İbrahim Əsədli müraciət edən əlilliyi olan insanları qəbul etdi. Onlardan 2-ci qrup əlil Sarvan Əmrahov uzun sürən xəstəlikdən sonra Türkiyədə açıq ürək əməliyyatı keçirib. Onu da qeyd edək ki, Sarvan Əmrahovun hələ Bakı şəhərində Elmi-Təqdiqat Kardiologiya İnstitutunda müalicə olunmasına, əlillik dərəcəsinin alınmasına "Beynəlxalq Əlillər Cəmiyyəti" İB tərəfindən daima köməklik göstərilib. Eləcə də ehtiyac üzündən yaşadığı evi satdığı üçün Sarvanın qeydiyyata düşməyə yeri yox idi. Odur ki, onun əməliyyat olunması üçün xarici ölkəyə getməsi işində problem var idi. İB Sarvanın İnzibati binaya qeydiyyata götürülməsinə birbaşa köməklik göstərdi. Yalnız bundana sonra Sarvan Türkiyəyə əməliyyat üçün göndərildi və uğurla əməliyyat olunub vətənə qayıtdı. Keçiridiyi bu cür böyük hadisələr onun depressiyaya düşməsinə səbəb olmuşdu. İbrahim həkim Sarvanla apardığı söhət zamanı ona böyük psixoloji dəstək oldu. Bundan əlavə lazım olan dərman preparatı da almağı məsləhət gördü.

2-ci qrup əlil Məlahət Abdullayeva keçirdiyi qəza zamanı sağ əli 2 yerdən çıxmışdı. Bundan bərk qorxu hissi keçirən M.Abdullayeva ilə İbrahim həkimin apardığı psixoloji söhbət zamanı bu vəziyyətdən çıxmasına kömək oldu.

2-ci qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün, ehtiyatda olan polkovnik-leytenant Nazir Hüseynov və 2-ci qrup əlil, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Saleh Qarayevin keçdikləri həyat və döyüş yolu zamanı gördükləri və yaşadıqları onlara böyük mənəvi, psixoloji zərbə vurduğu bəlli oldu. İbrahim həkimin onların hər biri ilə ayrı-ayrılıqda apardığı uzun sürən psixoloji söhbətlər onların bu vəziyyətdən çıxmalarına müəyyən qədər dəstək oldu.

İmkansız ailə başçısı Rahim Qədimov və Şuşa şəhərindən məcburi köçkün Fəxrəddin Ağamirovla söhbət zamanı da psixoloq İbrahim həkim onlara böyük dəstək oldu. Rahimin çöhrəsində yaranmış gülüş onun əhval-ruhiyyəsinin xeyli yüksəldiyinə sübut oldu.

Bununla da İB tərəfindən əlilliyi olan və imkansız insanların həyata reabilitasiya və adaptasiya olunmasına müəyyən qədər dəstək göstərildi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )