Nəsimi romans müsabiqə-festivalı - (+FOTOLAR)

“Nəsimi romans” müsabiqə-festivalı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Cənab Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı əsasında Nəsimi irsinin araşdırılması, öyrənilməsi və təbliği məqsədi ilə 2019-cu il “Nəsimi ili” elan edilmişdir.

29 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc bəstəkarlar arasında keçirilən “NƏSİMİ ROMANS” müsabiqə-festivalın açılışı və I turu keçirilib. “NƏSİMİ ROMANS” müsabiqə-festivalının bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan və SSRİ xalq artisti, Professor Fərhad Bədəlbəylidir. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın görkəmli bəstəkarı, Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə və münsiflər heyətinin tərkibi Əməkdar İncəsənt Xadimləri, professorlar Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov, Humanitar fənnlər kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor, nəsimişünas Tərlan Quliyevdən ibarət olub. Münsiflər heyəti BMA-nın tələbə və məzunlarının Nəsiminin sözlərinə yazılmış yeni 17 romanslarını dinləyib qalibləri müəyyənləşdiriblər. Belə ki, ifa olunan romanslar sırasında – Vəfa Bağırzadə Camal qızı "Mərhəba" romansı, Aysel Əlixanlı Sevdar qızı “Canım əfəndi” romansı, Sara Amirian Aliakbar qızı “Allahü əkbər, еysənəm, hüsnündə hеyran olmuşam”, Sevinc Əliyeva Əli qızı "Yanaram" romansı, Röya Hüseynova Firəddin qızı “Dünya günəşi, dünya daim anım əfəndi”, Sevinc Balabəyova Əmiraslan qızı “Təzə aygördükdə, dilbər...” “Ətrini duyuram səməndən, güldən...”, Aysel Əzizova Firdovsi qızı “Dünyaduracaq yer deyil” romansı, Qumru İmamverdiyeva Mehman qızı “Eylə” romansı, Elvin Quliyev İlham oğlu “Neylərəm” romansı, Azər Əhmədoğlu Əsgərov “Can bilir ancaq” romansı, Vüqar Məmmədzadə Əbdüləli oğlu “Hardasan” romansı, Lalə Baxışova Kazım qızı “Sənsiz” romansı, Vüsal Namazlı Fikrətoğlu “Ancaq” romansı, Ülkər Aşurbəyova Sevdim qızı “Mərhaba, xoş gəldin, eyruhi-rəvanım, mərhaba!” romansı, Tamilla Əhədova Əflatun qızı “Sənsiz” romansı, Aydan Əliyeva Əbdüləmi qızı “Könlüm” romansı, Saleh Nəzərov Elnuroğlu "Sığmazam" romansı səsləndirilib.

Müsabiqədə qaliblər I, II, III yerlər laureat adına layiq görülərək 3 diplomla mükafatlandırılıblar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !