Ağcabədidə Əlvida bağça – Salam məktəb adlı tədbir keçirilib - ViDEO+FOTOLAR ( AZpress.AZ - İ.Mais) (YENİLƏNDİ-2)

Ağcabədidə “Əlvida bağça – Salam məktəb” adlı tədbir keçirilib ViDEO+FOTOLAR ( AZpress.AZ - İ.Mais) (YENİLƏNDİ-2)

Ağcabədi şəhər 8 saylı körpələr evi- uşaq bağçasında keçrilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin sədaları altında başladı.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bayramsayağı bəzədilmiş bağçanın həyətində “Əlvida bağça – Salam məktəb” adlı musiqili-əyləncəli tədbir keçirilmişdir. 8 saylı körpələr evi - uşaq bağçasının müdiri Əsmər Şərifova qonaqları salamlamış, bağçanın fəaliyyəti barədə məlumat vermiş və bağçanın inşa olunmasında cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətdən, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından söz açıb.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev uşaqları məktəbə getmələri münasibəti ilə təbrik etmiş, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulamışdır. T.Hacıyev ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və Ağcabədi rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, bağçanın pedaqoji kollektivinə uğurlar arzulamışdır.

Sonra uşaqların ifasında müsiqili-əyləncəli tədbir başlamışdır. Müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar, xorun ifası tədbir iştiraksılarının alqışları ilə qarşılanmışdır. Azərbaycan sözünün uşaqlar tərəfindən tapılb həriflərə uyğun şerlərin söylənməsi, 1 dən 10 dək rəqəmlərə aid sözlərin deyilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. “Çətirlərlə rəqs”, “Müasir cücələrim” rəqsi, “Qırmızı güllər”rəqsi, “Müğənliləri parodiya”, səhnəciyi böyük məharətlə nümayiş edildi. Milli geyimlərdə rəqslər olundu. “Bağçadan ayrlıriq”, “Məktəbə gedirik” şeirləri söyləndi. Sonra bağçanın tərbiyəçiləri, qonaqlar çıxış edərək kolektivə və məktəbə üz tutan balaca fidanlara uğurlar arzuladı.
Tədbirin sonunda balaca fidanlara fotolarından ibarət albom, hədiyyələr təqdim edilb və tort kəsilib.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !