01 iyun tarixindən ov mövsümü açıq elan edilib -

01 iyun tarixindən ov mövsümü açıq elan edilib

Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 01 iyun tarixindən etibarən açıq elan edilir. Ov qaydaları, mövcud tələblər, ovu qadağan olunmuş növlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sual: Hər il ov mövsümü mayın ayının sonu iyunun əvvəli açıq elan edilir, niyə ov mövsümü məhz bu tarixdə açılır?


Məlumdur ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar.
Qaldı 01 iyun tarixinə, ov mövsümünün başlanması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən müzakirə edilib və 01 iyun 2019-cu il tarixindən etibarən mövsümün başlanmasına qərar verilib.


-Belə isə konkret deyə bilərsinizmi, builki ov mövsümündə vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə icazə verilir?


-Dağıstan turu 01 iyun 2019-cu il – 12 oktyabr 2019-cu il, Qaban (Çöldonuzu) 14 sentyabr 2019-cu il - 21dekabr 2019-cu il, Dovşan 16 noyabr 2019-cu il – 11 yanvar 2020-ci il, Bataqlıq qunduzu (nutriya) - 05 oktyabr 2019-cu il - 15 fevral 2020-ci il, Cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) - 14 sentyabr 2019-cu il – 23 noyabr 2019-cu il, Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) - 12 oktyabr 2019-cu il – 07 mart 2020-ci il, Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) -12 oktyabr 2019-cu il – 07 mart 2020-ci il, Qaşqaldaq 12 oktyabr 2019-cu il – 07 mart 2020-ci il, Alabaxta və bildirçin 24 avqust 2019-cu il - 16 noyabr 2019-cu il tarixlərində ovlana bilər.


-Ov üçün icazə necə və hansı təşkilatlardan alınır?


-Ovçular Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir.


-Vaxtaşırı olaraq mətbuatda icazəsiz ov edən şəxslərin saxlanılması, cərimə edilməsi barədə məlumatlar yayılır. Bu o deməkdirmi ki, ov turizmi ilə məşğul olanlar qaydaları bilmir?


-Ola bilər ki, ovçuluğa yeni başlayanlar bəzi qaydaları və tələbləri bilməsin. Lakin hesab edirəm ki, təcrübəli ovçuların böyük əksəriyyəti qaydalardan xəbərdardır. Hər il ov mövsümünün başlanğıcında biz ictimaiyyətə KİV və sosial şəbəkələr vasitəsilə maarifləndirici məlumatlar veririk.


-Ovçu qaydaları pozmaması üçün, yəni cərimələnməməsi üçün nələri bilməlidir?


- Ovla məşğul olan şəxs ilk növbədə ov üçün icazə bileti almalı, ov üçün icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Bu qaydalar və tələblər yerinə yetirilsə, kimsə cərimələnməz.


-Hansı ərazilərdə ov edilə bilər və hansı heyvanların ovlanmasına icazə var?


-Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər. Bununla bağlı daha ətraflı məlumatı Nazirliyin saytının elanlar bölməsindən əldə etmək olar.


-Bəs, hansı ərazilərdə ov etmək olmaz?


Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz.


-Ovçulara sonda nə deyə bilərsiniz?


Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına dəqiq əməl etsinlər, odlu silahla ehtiyatlı davransınlar.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !