YAZIÇIMIZ RUSİYADA TƏLTİF OLUNDU - (+FOTOLAR)

YAZIÇIMIZ RUSİYADA TƏLTİF OLUNDU (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, iyun ayının 2-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu "Puşkin mükafatı" və Puşkin medalı" ilə təltif ediliblər. Onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.
Mükafatlandırma böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220-ci ildönümü münasibəti ilə düzənlənən təntənəli mərasimdə baş tutub. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası. 2018" və "Rus poeziyası antologiyası. 2018" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanmışlar. Təntənəli mərasimdə antologiyanın nəşrləri də təqdim olunub.
Rusiyanın ən tanınmış ədəbi simalarından olan "Literaturnaya qazeta"nın baş redaktoru Maksim Zamşev 2019-cu il "Puşkin mükafatı" ilə mükafatlandırılıb.
"Puşkin medalı" ilə laureatlar 2 dərəcə üzrə təltif olunublar: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Varis Yolçuyev 1-ci dərəcəli "Puşkin medalı" ilə mükafatlandırılıb.
Mükafatları laureatıara Rusiya Yazıçılar Birliyinin sədri Dmitriy Kravçuk təqdim edib.
Mərasimdə Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.
Mərasim Puşkinin yaradıcılığına həsr olunmuş ədəbii-bədii kompozisiya və konsert proqoqramı ilə yekunlaşıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !