NƏSİMİ ROMANS müsabiqə-festivalı - (+FOTOLAR)

“NƏSİMİ ROMANS” müsabiqə-festivalı (+FOTOLAR)

30 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında gənc bəstəkarlar arasında keçirilən “NƏSİMİ ROMANS” müsabiqə-festivalı qaliblərinin mükafatlandırılması və bağlanış konserti keçirilib.
Qeyd edək ki, “NƏSİMİ ROMANS” müsabiqə-festivalının bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan və SSRİ xalq artisti, Professor Fərhad Bədəlbəylidir. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın görkəmli bəstəkarı, Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə və münsiflər heyətinin tərkibi Əməkdar İncəsənt Xadimləri, professorlar Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov, Humanitar fənnlər kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor, Nəsimişünas Tərlan Quliyev olub.
Münsiflər heyəti BMA-nın tələbə və məzunlarının Nəsiminin sözlərinə yazılmış yeni 17 romanslarını dinləyib qalibləri müəyyənləşdiriblər. Belə ki, “NƏSİMİ ROMANS” müsabiqə-festivalı çərçivəsində iştirak edən Vüsal Namazlı “Ancaq” romansı I yerə (İfa edir: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Beynəlxalq və Respublika müsabiqələr laureatı, Gənclər mükafatcısı Mahir Tağızadə, Müşayiət edir: Bakı Musiqi Akademiyasının magistr pilləsinin II kurs tələbəsi, Prezident Təqaüdcüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə), Elvin Quliyev “Neylərəm” romansı II yerə (İfa edir: Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Fəxri Kazım-Nicat, Müşayiət edir: Fuad Əlizadə), Aysel Əzizova “Dünya duracaq yer deyil” romansı III yerə (İfa edir: Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə, Müşayiət edir: Respublika və beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəfli), Vəfa Bağırzadə, Sevinc Balabəyova, Vüqar Məmmədzadə isə diploma layiq görülüblər.
Müsabiqədə səslənən 17 romans Azərbaycan Respublikası Nəsimi rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə toplu şəklində çap olunub. Qeyd edək ki, “NƏSİMİ ROMANS” müsabiqə-festivalı layihəsinin ideya müəllifi və təşkilatçısı Azərbaycan Respublikasının Xalq Artisti, Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professoru Yeganə Axundovadır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !