1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə 59 saylı bağçada bayram şənliyi keçirilib -

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə 59 saylı bağçada bayram şənliyi keçirilib

 AZpress.AZ xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Uşaq Teatrı 59 saylı bağçada bayram şənliyi keçirib. Şənlikdə Elçinin əsəri əsasında Könül Şahbazovanın quruluşunda "Humayın yuxusu" tamaşası nümayiş olunub, uşaqlarla nağıl qəhrəmanları müxtəlif oyunlar keçirib. 1 iyunda isə Qaraçuxur qəsəbəsində yeni salınmış "Neftçilər parkı"nda bayram şənliyi keçirəcək. Teatr kollektivinin bir hissəsi isə Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Lənkəran Beynəlxalq Teatr Festivalında iştirak üçün qastrol səfərindədir. 10 yerli, 5 xarici teatrın iştirak edəcəyi festivalda teatrın Azərbaycan Xalq Nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.

 

Leyla Heshimova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                               

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !