Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları iki Dövlət arasındakı münasibətlərə zərər vurur - - Faiq İsmayılov yazır.. (+FOTOLAR)

Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları iki Dövlət arasındakı münasibətlərə zərər vurur - Faiq İsmayılov yazır.. (+FOTOLAR)

24News.ge saytının verdiyi xəbərə görə, keçən gün Gürcüstanda gürcü din xadimlərinin təhriki ilə “Vətənpərvərlər Alyansı” adlanan təşkilatın üzvləri Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan aksiya həyata keçiriblər. Aksiya iştirakçıları paytaxt Tbilisidən "David Qareci" monastr kompleksinə yürüyüş təşkil ediblər.
Gürcüstanın Dövlət xadimləri tərəfindən başladılan, din xadimləri və bəzi vətəndaş cəmiyyətü üzvləri tərəfindən davam etdirilən Azərbaycan Dövlətinə qarşı ərazi iddiaları bizim tərəfimizdən başa düşülən deyil. Bu ərazi iddialarının arxasında guya Keşişçidağ (David Qareci) monastrı durur.
Gürcülər, bu monasrdan onlar üçün istifadənin önəmli olduğunu iddia edirlər. Elə isə 70 il Sovet Hökumətinin hakim olduğu dövrdə bu ərazilərə gürcülərin nəinki daxil olmalarına heç monastra uzaqgan baxmalarına belə icazə verilmirdi. Nədən o zaman gürcülərin səsləri çıxmırdı? Nədən o zamab gürcü din xadimləri siyasi aksiyalar təşkil etmirdilər?
“Vətənpərvərlər Alyansının” lideri İrma İnaşvili "David Qareci"-nin müzakirələri və görüşləri nəticəsiz olarsa aksiyalar davam etdiriləcək: - geyə jurnalistlərə bildirib. Onun dediyindən belə çıxırki, bu ərazilər Azərbaycandan qoparılıncaya qədər aksiyaları davam etdirəcəklər. Bu iddia Azərbaycanın Dövlət suverenliyinə və ərazi bütövlüyünə qəsddir. Bu iddiaların arxasında Gürcüstan və Azərbaycan arasında mövcud münasibətləri pozmağa cəhd edən düşmən qüvvələr durur.
Görəsən Gürcüstanın “Vətənpərvərlər Alyansının” üzvləri iki dövlət arasında münasibətlərin pozulacağı tədqirdə Gürcüstanı nələr gözlədiyini anlayırlarmı? Ciddi bir səbəb olmadan belə aksiyaların təşkili hansı ehtiyacdan yarandığını alyans üzvlərinin düşünməsi lazımdır, və həm də dərindən düşünməsi lazımdır.
Əgər bu monastrın ərazisinə gürcülərin buraxılmasına Azərbaycan tərəfdən maneə yaradılsaydı, bu aksiyaların keçirilməsinə müəyyən mənada bəraət qazandırmaq olardı. Lakin monastrın ərazisinə giriş-çıxış üçün heç bir maneə yoxdursa, monastrın yerləşdiyi ərazinin Gücüstana verilməsinin tələb edilməsi birbaşa Gürcüstan Azərbaycan münasibətlərinin pozulmasına yönəli iddialardır.
Keşikçidağ məsələsi Azərbaycan və Gürcüstan arasında sərhədlərin dermitasiyası zamanı çözüləcək hüquqi prosesdir. Bu məsələnin həlli iki dövlət arasında sərhədlərin dermitasiyasını həyata keçirmək üçün yaradılan dövlətlərarası Komissiyanın fəaliyyətindən asılıdır. Bütün bunları bilə-bilə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışı, ölkə başçısına yaraşmayan hərəkətdir. Cənab S.Zurabişvili anlamalıdırki onun bu çağırışı iki ölkə arasındakı münasibətlərə xələl gətirir.
Gürcüstanın keçmiş müdafiə naziri Okurasvili, Gürcüstanın Leyborist Partiyasının sədri, deputat Şalva Natelaşvili Azərbaycan əleyhinə sərsəm açıqlamalarla ilə gündəmə gəlmək istəkləri Gürcüstan elitası üçün zərərli vərdişdir. Məhz bundan sonra Gürcüstanın “Vətənpərvərlər Alyansının” üzvləri və din xadimləri davamlı fəaliyyətə keçdilər.


Faiq İsmayılov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !