31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür adlı tədbir keçirilib - (+FOTOLAR)

“31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün Bakı Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov tütündən istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə metodlarından bəhs edib. O bildirib ki, dünyada ölüm səbəbləri arasında tütün ikinci yerdədir, ictimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində bu faktoru aradan qaldıra bilər və biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim –metodist Lətafət Dadaşova “Tütünün sağlamlığa tibbi zərərləri” mövzusunda təqdimatla çıxış edib. Daha sonra gənclərə tütündən istifadənin zərərləri ilə bağlı informative bukletlər paylanılıb və Gənclər Fondu tərəfindən hazırlanmış “Gələcəyin duman olmasın, tütünə YOX de!” adlı maarifləndirici video çarx nümayiş etdirilib. İnteraktiv şəkildə keçən tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !