Paytaxtda kəpənək hücumunun fəsadları ola bilərmi?... -

Paytaxtda kəpənək hücumunun fəsadları ola bilərmi?...

Nazirlik Şeytanqanqalı kəpənəyinin təhlükəsiz olduğunu deyir, amma...
Son günlər Azərbaycanın Şimal bölgəsi və Abşeron yarımadası ərazisində kəpənəklərin kütləvi şəkildə yayılması müşahidə olunur. Bir çox bağ sahibləri kəpənəklərin təsərrüfata, xüsusilə də ağaclara zərər yetirəcəyindən ehtiyatlanırlar. Belə ki, ötən il başqa növ kəpənəklərin yayılması nəticəsində bir sıra meyvə ağacları böyük zərər görmüşdü: kəpənəklərin qoyduğu süfrələrdən çıxan tırtıllar ağacların yarpaqlarını məhv etmişdi.

Hazırda kütləvi şəkildə yayılan kəpənəklər ağaclara, əkinlərə zərərlidirmi? “Yeni Müsavat”ın bununla bağlı sorğusuna Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Mərkəzindən verilən məlumata görə, son günlər ölkədə yayılmış kəpənəklər zərərsizdir: “Bu həşəratlar kənd təsərrüfatında bioloji mübarizə vasitələrindən hesab olunur. Kəpənəklər ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılıb. Onların heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur”.

Agentlikdən bildirildiyinə görə, Şeytanqanqalı kəpənəyi adlandırılan və elmi adı Vanessa cardui olan bu kəpənəklərin bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır: “Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

Şeytanqanqalı kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib".

Məlumatda o da bildirilir ki, Şeytanqanqalı kəpənəyi ən çox Yaponiyada geniş yayılıb. Bəzi illərdə Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Zaqafqaziya və Qazaxıstanda çox təsadüf edilir. Türkiyənin bütün bölgələrində rastlanır: “Kütləvi çoxaldığı illərdə birinci nəslin kəpənəklərinin aktiv miqrasiya etmək xüsusiyyətləri var. Kəpənəklərin may ayından oktyabr ayına qədər uçuşları müşahidə edilir. Yaz fəslində kəpənəklərin uçuşu cənubdan şimala, payızda isə şimaldan cənuba doğru istiqamətlənir. Azərbaycanda yayılma səbəbi də məhz bu miqrasiya yolunun üzərində olmasıdır”.

Maraqlıdır ki, Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov bu kəpənəklər barədə fərqli fikirdədir. O, “Report”un yerli bürosuna bildirib ki, kəpənəklərin sayının qəflətən çoxalmasına səbəb güclü küləkdir: “Onların cənub zonasından küləklə gəldiyi ehtimal edilir. Sahibkarlara və bağ sahiblərinə məsləhət görülür ki, zərərverici həşəratlara qarşı zəhərli preparatlardan istifadə olunsun. Çünki kəpənəklərin yumurta qoyma ehtimalı daha çoxdur. Kənd təsərrüfatında daha çox alma bağları, tərəvəz məhsulları ziyan görə bilər”.

Maraqlıdır ki, Şeytanqanqalı kəpənəyinin Rusiyanın cənubunda da kütləvi yayılması müşahidə edilir. Rusiya Federasiyası Fitosanitar Nəzarəti Dövlət Xidmətinin mütəxəssisləri bildiriblər ki, kəpənəklər ağaclar üçün təhlükəsiz olsalar da, kəskin isti havalarda badımcan, pomidor kimi mədəni bitkilərə zərər verə bilərlər.

 

DÜNYA,
“Yeni Müsavat” 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !