Yuxarı Gövhərağa məscidində törədilən vandalizm aktlarının təfərrüatları... - - Faiq İsmayılov yazır.. (+FOTOLAR)

Yuxarı Gövhərağa məscidində törədilən vandalizm aktlarının təfərrüatları... - Faiq İsmayılov yazır.. (+FOTOLAR)

Ərazisinin 20% erməni təcavüzünə məruz qalan Azərbaycanın milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folklorunu, toponimlərini, eləcədə tarixi əsərləri, yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərən Ermənistan Respublikası, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərlərini planlı və sistemli bir şəkildə məhv edilməsini həyata keçirir.

Erməni işğalı altında olan Azərbaycan ərazilərinin mənimsənilməsi üçün mədəni irs nümunələrinin məhv edilməsi erməni din xadimlərinin və Ermənistan Hökumətinin Dövlət siyasətinin əsasını təşkil edir. Ermənistanın bu fəaliyyəti isə beynəlxalq hüquqda vandalizm aktı hesab olunur.

Bu yaxınlardav “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat verib. Bəyanatda göstərilirki, "Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq. Biz erməni mediasına istinadən Şuşa şəhərinin “Yuxarı Gövhər Ağa” məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra, beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə hansısa şirkətləri cəlb etməsi, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir”.
Əslində isə Yuxarı Gövhərağa məscidinin ermənilər tərəfindən bərpasından söbət belə gedə bilməz. Məscid sökülərək yenidən qurulur. Bu fəaliyyət “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyasına ziddir.
Yuxarı Gövhər ağa məscidi 1992-ci il işğalından sonra ermənilər tərəfindən vəhşicəsinə dağıdılaraq yararsız hala salınmış yalnızməscidin divarları salamat qalmışdı. Məscid şəhərin Bazar meydanında yerləşdiyindən 1993-cü ildə bura toplaşan erməni əsgərləri məscidin minarələrindən mişen kimi istifadə edib minarələrə ağır artileriya silahlarından atəş açırdılar.
1992-ci ildən iqtisadi blokadada şəraitində yaşayan Ermənistan qonşu İran Dövləti ilə münasibətlərini yaxşılaşdırmaq üçün 2017-ci ildən yarımuçuq vəziyyətdə olan Yuxarı Gövhər ağa məscidinin təmir edilməsinə qərar verdi. Bu tikinti işləri fasilələrlə indiyə kimi davam edir.
Şuşa şəhərini etnik təmizləməyə məruz qoyan ermənilər Yuvarı Gövhərağa məscidinin İran şahı Nadir şahın göstərişi ilə tikilmiş fars məscidi kimi təqdim etməyə başladılar. Halbuki Nadir şah məscidin tikintisindən 36-37 il əvvəl, yəni 1847-ci ildə vəfat etmişdi. Ermənistan hökumətinin bu hiyləsi baş tutdu. Onlar Yuvarı Gövhərağa məscidinin bərpası üçün İran Dövlətindən təzminat almağa nail oldular.
Ermənistan hökumətinin göstərişi ilə Yuxarı Gövhər ağa məscidində 2017-ci ildə başlandı və 2019-cu ildə başa çatdırıldı. Təmirdən qabaq məscidin içərisi 3-4 metr dərinlikdə qazıldı. Orada betonlama işləri aparıldı.Bu qazıntı zamanı oradan nə tapıldığı hələlik məlum deyil. Məscid ətrafındakı qəbirlərin baş daşları hamısı sındırıldı. Qəbirlərin üstləri açılaraq içindəki sümüklər naməlum istiqamətə daşındı. Ermənilər tərəfindən yeni müsəlman qəbirləri üçün baş daşları hazırlanaraq, qəbirlər yenidən bərpa olundu.
Məscidin daxili interyeri dəyişdirildi və divar yazılarının çoxu silindi.
Ermənistan Hökumətinin bu fəaliyyəti, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir.
Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara görə yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir.

 

Faiq İSMAYILOV

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !