Abşeron rayonunda iftar süfrəsi açılıb - (+FOTOLAR)

Abşeron rayonunda iftar süfrəsi açılıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Abşeron rayonunun kənd və qəsəbələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunur.

Növbəti belə bir tədbir Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən “Günay” şadlıq sarayında 450 nəfərin iştirakı ilə keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayonun imkansız və şəhid ailələri üzvlərinin, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçılarının və Çernobıl əlillərinin də iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunub.

İftar süfrəsində on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Vurğulanıb ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd edilir.

Respublikamızda bu gün hökm sürən birlik və sabitliyə, ölkə ərazisindəki dini məbədlərin təmir və bərpasına, eləcə də islami və milli mənəvi dəyərlərin qorunmasına diqqət çəkən axund Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu deyib.

Mərasimdə Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın işğaldan azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.

Həmçinin qeyd edilib ki, Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "VİMAY-MED" Tibb mərkəzi Ramazan bayramı münasibəti ilə sabah – 31 may tarixində rayonunun aztəminatlı ailələrinin oğlan uşaqları üçün pulsuz sünnət xeyriyyə aksiyası keçirəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !