Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliği layihəsi çərçivəsində növbəti tədbir keçirilib - (+FOTOLAR)

“Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 24 may 2019-cu il tarixdə 45 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Nurlu Sabah” gənclərə qayğı ictimai birliyinin birgə təşkilatçılığı ilə “Yeniyetmələr arasında vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, eyni zamanda layihənin təlimçisi Vüsal Ömərov, 45 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər yeniyetmə iştirak etmişdir.
Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş şəxslərin həyat nümunəsini, döyüş ruhunu, vətən sevgisini, vətənpərvərlik hissini təbliğ etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, son dövrlə Ermənistan cəbhə bölgəsində atəşkəs rejimini dəfələrlə pozaraq öz işğalçı siyasətini davam etdirir. Milli ordumuzun əsgər və zabit heyəti mərdliklə bu təcavüzün qarşısını öz canları hesabına alırlar. Bu vətənpərvərlik nümunələrinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi gənc nəslin vətənpərvər ruhunda böyüməsinə müstəsna yardım göstərir.

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !