Ən yaxşı oxucu müsabiqəsinin qalibləri mükafatlandırıldı - (+FOTOLAR)

“Ən yaxşı oxucu” müsabiqəsinin qalibləri mükafatlandırıldı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsiYasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 №- li kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının dəstəyi ilə “Nəsimi ili” çərçivəsində “Ən yaxşı oxucu” müsabiqəsinəyekun vuruldu.

Tədbirin aparıcısı, kitabxananın əməkdaşı, Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova (Dəmirçi Qayalı) Azərbaycan şairi vəmütəfəkkiriİmadəddin Nəsiminin yaradıcılığından söhbət açdı. O, 15 noyabr 2018-ci il “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından danışdı.

Tədbirdə kitabxana filialın müdiri Turanə Əmirovakitab və mütaliənin vacibliyindən danışdı.
Böyük kitabxanaçı Hilanə Babayeva kitabxanada fevral ayından keçirilən “Ən yaxşı oxucu” müsabiqəsinin qaliblərini elan etdi. Birinci yeri qazanmış və Təşəkkürnamə ilə təltif olunmuş Nuray Rzaböyük kitabxanaçı Hilanə Babayevaya ona mütaliə üçün kitab tövsiyə etdiyinə görə təşəkkür etdi.

Tədbirdə kitabxananın bütün tədbirlərində fəal iştirak edən Araz Ağkəmərli də Təşəkkürnamə ilə təltif olundu.

Sonda Telman Abbasov adına 225 №-li tam orta məktəbin şagirdləri, kitabxananın fəal oxucularının ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !