Sumqayıt şəhərində orta məktəb şagirdlərinə fakultativ məşgələ keçirildi - (+FOTOLAR)

Sumqayıt şəhərində orta məktəb şagirdlərinə fakultativ məşgələ keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən tədbirlərin təşkili” layihəsi çərçivəsində sağlamlığın qorunmasına və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən “Fakultativ məşğələ” təşkil olunmuşdur. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmləndiirlməsi üçün sağlam həyat tərzinin və sanitar-ekoloji mədəniyyətin formalaşmasına xidmət edən maarifləndirmə işinin təşkilidir.Layihə çərçivəsində sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və digər məsələlər üzrə maarifləndirmə işləri uşaqların sağlamlığının qorunmasına gətirib çıxaracaq.

Layihə çərçivəsində təşkil olunmuş “Fakultativ məşğələ” may ayının 23-də Sumqayıt şəhər 30 saylı orta məktəbində təşkil edildi. “Fakultativ məşğələ” Birliyin təlimçisi Rauf Əliyev tərəfindən aparılmışdır. Məktəbin aşağısinif şagirdlərindən 25 nəfər tədbirdə iştirak etmişdir.Aparılan “Fakultativ məşğələ”də uşaqların sağlamlığının qorunmasında sağlam həyat tərzinin rolu, düzgün və sağlam qidalanma, idman, gündəlik rejim, pis və zərərli vərdişlər, təmiz hava, su, günəş və s., həmçinin sanitar-ekoloji qaydalar, bu qaydaların pozulmasının sağlamlığa təsiri və s. kimi məsələlər müzakirə olunmuşdur. Ekoloji təhsil və maarifləndirmə ilə bağlı keçirilən fakultativ məşğələ iştirakçıların böyük marağına səbəb oldu.

İnteraktivmetodla keçiririlən “Fakultativ məşğələ”də hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək biliyini, düşüncələrini və rəylərini sərbəst ifadə edirdi. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Sonda paylama materialları uşaqlara təqdim edildi.

Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 40 dan çox layihə icra etmişdir.

Layihə rəhbəri- Sahib Fərzəliyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )