Sumqayıt Dövlət Dram Teatrı yeni layihələr,həyata keçirərək teatra tamaşaçı axınının artmasına nail olmuşdur - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı yeni layihələr,həyata keçirərək teatra tamaşaçı axınının artmasına nail olmuşdur (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı cari mövsümdə yeni layihələr, PR kompaniyalar həyata keçirərək teatra tamaşaçı axınının artmasına nail olmuşdur. Buna təkan verən amillərdən biri və önəmli faktor repertuar siyasətinin qurulmasından tutmuş ən kiçik nüanslara qədər tamaşaçı fikrinin nəzərə alınmasıdır. Son 3 ayda teatrın tamaşalar barədə rəy kitabına yazılan tamaşaçı rəylərini, təklif və iradlarını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, teatrda bütün tənqid və təkliflərə böyük həssaslıqla yanaşılır.

 

Bugün övladlarımla “Tıq-tıq xanım” tamaşasına baxdıq. Əla quruluşda idi. Son vaxtlar teatrda əhəmiyyətli dəyişikliklər hiss olunmaqdadır. Hər şeyə görə təşəkkürlər.
23.03.2019
Mehbarə xanım

 

“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası çox xoşumuza gəldi. Çox maraqlı quruluş idi. Yaradıcı heyət böyük ustalıqla çıxış etdi. Teatrın kollektivinə və rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
03.05.2019
Sumqayıt Musiqi Kollecinin kollektivi adından
Mətanət İsmayılova

 

“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına baxıb, böyük zövq aldıq. Bütün aktyorlar çox böyük ustalıqla çıxış etdi. Bütün yaradıcı heyətə öz təşəkkürümüzü bildirir, böyük uğurlar arzulayırıq. Xüsusilə əcinə rolunu ifa edən İlahə xanıma çox-çox təşəkkürlər. O, öz rolunu elə məharətlə oynadı ki, hamıdan seçilirdi. Teatr kollektivinə gələcək tamaşalarda da belə uğurla çıxış edib, müvəffəqiyyətlər qazanmağınızı və tamaşaçıların rəğbətini qazanmağınızı arzulayıram.
03.05.2019
S.Məlikova

 

Bugün şagirdlərimlə bərabər “Zülmətdə nur “ tamaşasına baxdıq. Aktyorların səmimi oyunu bizə çox təsir etdi, hətta kövrəltdi. İstedadlı aktyor, aktrisalara minnətdarlığımızı bildiririk. Rejissoru da alqışlayırıq. Firudin Məhərrəmliyə xüsusi təşəkkürlər. Təklif edirəm ki, aktyor heyətini tanımaq üçün hər tamaşa üçün proqram tərtib edilsin. Bu çox gözəl olar.
19.05.2019

 

12 saylı orta məktəbin ədəbiyyat müəllimi Quliyeva İradə.
Valideyn Ülviyyə xanım, şagirdlər Mələksima, Zeynəb və Nərmin

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )