“First aid” adlı maarifləndirici tədbir kecirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

“First aid” adlı maarifləndirici tədbir kecirilib +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

Dünya məktəbinin IB tələbələri 24 may tarixində ilk yardımın əhəmiyyətini
göstərmək üçün “First aid” adlı maarifləndirici tədbir kecirmişlər. Tədbirdə 5, 6 və
10 -cu sinif şagirdləri ilkin yardımı necə həyata kecirmək bacarıqlarını
sərgiləmişlər. Daha çox maarifləndirici xarakter daşıyan bu tədbir 1ci dəfə idi ki
məktəb şagirdləri tərəfindən tamaşaya qoyulmuşdu.
Tədbirdə 10-cu sinif şagirdləri və 5-ci sinif şagirdi Aydın Rzayev təhlükəsizlik
qaydaları haqqında məlumatlar verdilər. 5C sinif şagirdləri Cəmilə Rustəmova və
Ali Süleymanlı yanıqlar zamanı Ilkin yardımın necə həyata keçirilməsinin izah
etdilər .Sonra 5A sinif şagirdləri ilkin yardıma ehtiyacı olan şəxsi və ona yardım
göstərən tibb bacısı rolunu oynayaraq ilkin yardımın vacibliyini vurğuladılar. 5A
sinif şagirdi Əli Musayev günvurmanın əlamətlərini və bu zaman göstəriləcək ilkin
yardım tədbirini ətraflı şəkildə izah etdi. Bundan başqa 6A sinif şagirdləri Tofiq
Hüseynli həşərat sancması zamanı orqanizmdə baş verən dəyişiklikləri, Maryam
Abdurazaq isə bu zaman edilən ilkin yardımı 5A sinif şagirdlərinin köməkliyi ilə
izah etdi. Daha sonra 5A sinif şagirdləri Zeynəb Allahverdiyeva, Mehdi
Mehdizadə, Məryəmasudə Bozkurt, Həbibə Abdullazadə və Ayan Məmmədli
sümük sınıqlarının əlamətlərini və bu zaman ediləcək ilkin yardımı çox möhtəşəm
şəkildə təqdim etdilər. “First Aid” maarifləndirici tədbiri məktəbin ingilis
bölməsinin təbiət elmləri müəllimi müəlliməsi Guliyeva Yeganənin təşəbbüsü və
rəhbərliyi altında həyata keçirildi. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !