"28 May - Respublika günü" nə həsr olunmuş tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

"28 May - Respublika günü" nə həsr olunmuş tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

AZpress.AZ xəbər verir ki, 27 may 2019 - cu il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində
28 №- li Uşaq Musiqi Məktəbinin "28 May - Respublika günü" nə həsr  olunmuş tədbir keçirilib .
Konserti ilk olaraq məktəbin müəllimi Samirə Həsənli öz çıxışı ilə  açmışdır , “Respublika günü“ nün tarixi haqqında geniş məlumat vermiş və bayram münasibəti ilə konsertdə iştirak edən şagirdləri , müəllimləri və qonaqları təbrik etmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısın müavinləri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri B. Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və bir sıra qonaqlar iştirak ediblər .
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 28 №-li Uşaq Musiqi Məktəbinin müəllimlərini "28 May - Respublika günü" münasibəti ilə rayonun ictimai siyasi həyatında iştirakına və səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif etdi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 28 №- li Uşaq Musiqi Məktəbinin
şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101- ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !