GəncLİK Proqramına start verilir -

“GəncLİK” Proqramına start verilir

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir.
Son illər ərzində ölkəmizdə gənclər siyasəti sahəsində istər qanunvericilik, istərsə də təcrübi sahədə mütərəqqi addımlar atılır, gənclərin özünü reallaşdırması və potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılır.

Gənclərin ictimai həyatda rolunun artırılması baxımından onların qərar qəbul etmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və s. kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdir.

“GəncLİK” proqramın məqsədigənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi,onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xaricimütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq.

Proqramda iştirak etmək istəyən 27 yaşınadək bakalavr dərəcəsi olan gənclər www.genclider.az internet səhifəsi vasitəsi ilə 24 iyun tarixinədəkmüraciət edə bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                               

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !