LƏNKƏRANDA BİRİNCİ BEYNƏLXALQ UŞAQ TEATRLARI FESTİVALI KEÇİRİLƏCƏK - + FOTO (AZpress.AZ, B.Ağaddin)

LƏNKƏRANDA BİRİNCİ BEYNƏLXALQ UŞAQ TEATRLARI FESTİVALI KEÇİRİLƏCƏK + FOTO (AZpress.AZ, B.Ağaddin)

 AZpress.AZ xəbər verir ki, iyunun 1-dən 5-dək Lənkəranda birinci Beynəlxalq Uşaq Teatrları festivalı keçiriləcək. AZpress.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrının səhnəsində reallaşacaq.

Festivalda ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət KuklaTeatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı İşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı öz tamaşaları ilə çıxış edəcək. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azad Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək.

Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-birilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olmaq imkanı qazanacaqlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !