Heydər Əliyev Fondu Ağcabədidə iftar süfrəsi təşkil edib - + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Heydər Əliyev Fondu Ağcabədidə iftar süfrəsi təşkil edib + FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə növbəti iftar süfrəsini mayın 28-də Ağcabədi rayonununda təşkil edib.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, İftar süfrəsində rayon sakinləri - oruc tutanlar, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailədən olan insanlar iştirak edib.

İftar mərasimində çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, Ramazan ayının əhəmiyyətindən danışıb, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bu ayda Allahdan xalqımıza əmin-amanlıq, işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunmasını, o torpaqlarda da dini ayinlərin icra edilməsini və iftar süfrələrinin açılmasını diləyiblər.

Bildirilib ki, Azərbaycanda İslam dəyərlərinə böyük hörmət bəslənilir. Həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan bayramı digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da sevinclə qeyd edilir.Təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.

İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !