"Vətənə Sipər İgidlər" -

"Vətənə Sipər İgidlər"

 AZpress.AZ xəbər verir ki, 26 may 2019-cu il tarixində "Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Binəqədi Rayon Gənclər Evinin dəstəyi ilə həyata keçirdiyi "Vətənə Sipər İgidlər" Universitetlərarası Paintball Turniri çərçivəsində iştirakçalırla ilkin görüş baş tutub. Tədbir zamanı komandaların üzvləri təcrübəli hərbçi Rüstəm Nağıyevin təqdimatında hərbi nizam-intizam mövzusunda təlimdə iştirak ediblər. Təlim zamanı iştirakçılar döyüş zamanı şəxsi heyətin intizam və davranış qaydaları ilə bağlı nəzəri və praktiki biliklər əldə ediblər. Təlimdən sonra püşkatma keçirilib və qruplar üzrə komandaların rəqibləri oyun ardıcıllığı müəyyənləşdirilib.

Püşkatmanın nəticələrinə görə QranADA (ADA), Kronos (BDU), ADİU (ADİU) və Toros (AƏSMA) komandaları A qrupunda, AzTU (AzTU), İnferno (DİA), adnSU-100 (ADNSU) və B 5-1 (BMU) komandaları B qrupunda mübarizə aparacaq. İlk oyun günü-9 iyun 2019-cu il tarixində bu qarşılaşamalar keçiriləcək:

QranADA - Kronos
ADİU - Toros
AzTU - İnferno
adnSU-100 - B 5-1

Oyun günü qarşılaşmalardan əvvəl komanda üzvləri atıcılıq təlimində iştirak edəcəklər.

"Vətənə Sipər İgidlər" Universitetlərarası Paintball Turniri gənclərdə hərbi hazırlıq səviyyəsini qaldırmaq və vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə təşkil edilən layihədir. Layihə çərçivəsində may-iyul ayları müddətində müxtəlif universitetləri təmsil edən 8 komandanın üzvləri hərbi-vətənpərvərlik mövzusunda təlimlərdə və paintball yarışlarında iştirak edirlər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !