"Yüksəl , Ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirilib - + FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

"Yüksəl , Ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirilib + FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, 27 May 2019-cu il tarixində Azərbaycan Milli Konservatoriyasının (AMK) konsert zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Expressbankın tərəfdaşlığı ilə 2018-ci ilin dekabrında start verilmiş layihə çərçivəsində hazırlanmış Musiqi Albomunun təqdimat mərasimi keçirilmişdir .Prezident təqaüdçüsü ,beynəlxalq festival laureatı ,AMK-nın doktorantı Leyla Muradzadə tərəfindən hazırlanmış albomda musiqi və qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı cəmlənmişdir.

Burada Uşaq Xor Kapellası, Azərbaycan Milli Konservatoriyası, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 saylı musiqi məktəblərinin xor kollektivləri, birləşmiş xor, eləcə də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbinin şagirdlərinin ifaları yer almışdır.

Layihə rəhbəri Leyla Muradzadə çıxış edərək layihənin yaranma ideyası haqqında təqdimat iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra Azərbaycan Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov, Expressbank ASC-nin nümayəndəsi Şəbnəm Hümbətova layihə barədə öz fikirlərini səsləndirmişlər. Tədbirdə Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev,Fərhad Hacıyev ,Milli Konservatoriyanin rektoru Siyavuş Kərimi ,digər rəsmi qonaqlar ,mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.Bir saat davam edən təqdimat mərasimində rəsmi hissədən sonra albomda yer alan 4 mahnı səsləndirilmişdir.

Məlumat üçün qeyd edək ki,5 ay ərzində davam edən “Yüksəl, ey Azərbaycan” layihəsində ümumilikdə 250-dək uşaq və gənc iştirak etmişdir. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Xüsusi olaraq qeyd etmək istərdik ki, layihəyə fiziki qüsurlu uşaqların cəlb olunması onların fəallığının artırılması və musiqi potensialının üzə çıxarılması ilə nəticələnmişdir.

Layihə üçün xüsusi işlənmiş,onunla eyniadlı "Yüksəl, Ey Azərbaycan" mahnısı Bakı Musiqi Akademiyası və 23 saylı musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edilmişdir. Mahnının sözləri Anar Məmmdəov, Musiqisi Rəna Qədimova, aranjimanı Etibar Əsədliyə məxsusdur.

Tədbirin sonunda çıxış edən AMK-nın rektoru,Xalq artisti, professor Siyavuş Kərimi layihə rəhbəri Leyla Muradzadəni təbrik etmiş , Azərbaycan xor musiqisinin inkişafı üçün belə layihələrin vacibliyini vurğulamışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !