Erməniləşdirilən yurd yerlərimiz: Daş qala. Cəbrayıl rayonu - - Faiq İsmayılov xatırladı..

Erməniləşdirilən yurd yerlərimiz: Daş qala. Cəbrayıl rayonu - Faiq İsmayılov xatırladı..

Azərbaycanın işğal altındakı ərazilərdə çoxsaylı antik qalalar vardır ki, onlardan biri də
Cəbrayıl rayonunun Sarıl kəndi ərazisindəki II – III əsrlərdə inşa edildiyi güman edilən Daş
qala abidəsidir. Abidə dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Çaylaqçay çayının
sahilində, uca dağ zirvəsində sərt qayalar üzərində, /C 39, 29, 48, 26 və B 46, 50, 20, 41
koordinatda/ inşa edilmişdir.
Çaylaqçay - Araz çayının sol qoludur. Cəbrayıl rayonu ərazisindən axır. Başlanğıcını Kiçik
Qafqazın cənub ətəyindən alır. Axımı yağış sularından əmələ gəlir.
Abidə 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır.
Erməni təbliğat maşını bu çayın adını yanlış olaraq “Çaxmax” kəndin adını isə “Sarik-Sirik”
adlandırır və ərazi etibarı ilə Sarıl kəndini keçmiş Hadrud rayonuna aid edirlər.
Ərazinin sərt relyefi, qalaya qalxan cığırları təhlükəli edir və qalaya qalxmağı çətinləşdirir.
Abidənin ümumi görünüşü pramidanı xatırladır. Qalanın daxili aşağıdan 25 metr məsafə ilə
dağın zirvəsinə doğru getdikcə qısalaraq uzanır və zirvədə divarlar 1-2 metr məsafədə
tamamlanır. Qala demək olar ki, hər tərəfdən keçilməz qayalarla əhatələnmişdir. Bəzi keçid
üçün asan olan yerlər isə divarlar hörülmüşdür. Qala divarının eni 1 metr, hündürlüyü isə 3-
4 bəzən isə 5 metrdir. Şərq tərəfində, təxminən yarım bir neçə kilometr uzanan, çox zərif
bir meşə zolağı var. Qərb tərəfdən isə qülləyə tərəf uzanan başqa bir divar var.
Qalanın daxilində yeraltı tunellər və yaşayış evləri var. Abidə mühafizə olunmasada öz
görkəmini qoruyub saxlayır.

 

Faiq İSMAYILOV 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !