"Sankt-Peterburq millətlər balı" konserti keçirildi - ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

"Sankt-Peterburq millətlər balı" konserti keçirildi ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

AZpress.AZ xəbər verir ki, ay ayının 26-da Rusiyanln Sankt-Peterburq şəhərinin Birjevoy meydanında şimal paytaxtın təməlinin qoyulmasının 316 illiyi münasibətilə ənənəvi "Sankt-Peterburq millətlər balı" konserti keçirildi. Şəhər sakinləri və qonaqlar tərəfindən sevilən bu bayram Neva sahilində yaşayan çoxsaylı xalqların etnomədəniyyətini və birliyini nümayiş etdirirdi. Bu möhtəşəm konsertdə Azərbaycan mədəniyyətini Sankt-Peterburq şəhərində artıq 20 ildən çoxdur Xeyransa Mirzəyevanın rəhbərlik etdiyi "Çinar" xoreoqrafik rəqs ansamblı və "Çinar" ansamblının müşayəti ilə gənc müğənni Samir Məhərr təmsil etdilər.
20 ildən çoxdur fəaliyyət göstərən "Çinar" ansamblının ifasında nümayiş olunan "Bayram3" rəqsi və gənc dostumuz S. Məhərrəmovun Polad Bülbüloğlunun repertuarından səsləndirdiyi "Burdan sizin qapıyadək" mahnısı tamaşaçılara xoş ovqat bəxş edərək, onların gur alqışları ilə müşayət olundu.
Sankt peterburq şəhərindən Fizuli Cavadzadə,Ülviyyə Abbasova və Sədail Həbibov.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !