İlk dəfə olaraq ARTIM LAB-ın studiyo sərgisi keçirildi - +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

İlk dəfə olaraq ARTIM LAB-ın studiyo sərgisi keçirildi +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

AZpress.AZ xəbər verir ki, 24 may 2019 tarixində İlk dəfə olaraq ARTIM LAB-ın studiyo sərgisi keçirildi.
Qeyd edək ki, sərgidə gənc, həvəskar rəssamların bir-birindən fərqli, təkrar olunmaz əsərləri nümayiş edildi.
İlk studiyo sərgisinə keçmiş YARAT rezidenti Mendi Merzbani kreati məhdudiyyətlərlə bağli keçirdiyi ustad dərsin yekun nəticələri kimi, Artim Lab iştrakçilarinin əsərləri daxildir.
Mendi iştrakçilardan Azərbaycan şairlərinin müəyyən şeirlərinin sözləri ilə işləməyi xahiş edir. Araşdirma üçün təmin edilən məhdud resurslar, rəssamlari daha kreativ, daha effektiv düşünməklə yanaşi, daha məhsuldar olmaq, daha çox problem həll etmək üçün yeni yollarin tapilmasi istiqamətində daha çox enerji sərf etməyə məcbur edib. Rəssamlar öz mesajlarinin əsas vasitələri kimi hərflər və sözləri irəli çəkərək, öz bədii ifadələrinin mexanizminə çevrilən bir bəyanati irəli sürmək üçün kreativ mətn üslubundan hərtərəfli istifadə ediblər.
Rəssamlar bəzə dili büsbütün yoxa çıxararaq və diqqəti yazilmiş sözün tək vizual tərcüməsinə yönəldərək; öz mətnlərini: instalyasiya, videoəsərlər, fotoqrafiya, səs əsərləri və hətta video oyunlar kimi müxtəlif medialara transformasiya ediblər. Rəssamlardan aldiğim müsahibələrdə isə mənə bir daha aydin oldu ki, həqiqətən heç bir rəssam eyni deyildir. Hər bir əsər öz müəllifinin iç dünyasidir.
Sərgidə bütün əsərlər ferqli idi. Rəssam Murad Əkbərlinin "Dönə-Dönə" əsəri haqqinda musahibəsində o zamanin dönərək insani dəyirman tək üyütdüyünü, geri dönmədiyibi təsvir etdiyini bildirdi.
Digər maraqli müsahibələrdən biri də rəssam: Nurseli Məmmədlinin müsahibəsi oldu. O öz "RUH-RUH" adli əsərində insanin müxtəlif, sonsuz sayda hislərini ifadə etmişdi.
Rəssamlardan Əhməd Nəbiyev isə öz müsahibəsində yaratdiğı "Virtual ideal" əsərində günümüzün realliğini təsvir etdiyini, insanlarin sosial şəbəkələrdən istifadə etməsi və öz ideallarini bu şəkildə axtardiqlarini təsvir etmişdi. Maraqlı müsahibələrdən biri də Rəssam: Ağababa Bağırov-dan aldiğım müsahibə oldu. O isə tam fərqli şəkildə "Xəyalimiz" adlı əsərində insan xəyalını çox maraqli şəkildə, fərqli bir tərzdə sup kasası kimi təsvir etmişdi.
Sərgilənən əsərlərin hər biri öz növbəsində göz oxşayırdı.


Rəssamlar:
Əhməd Nəbiyev;
Ramina Boçarova;
Rəna Bəşirova;
Humay Abdullayeva;
Nurseli Məmmədli;
Ağbaba Bağirov;
Murad Əkbərli.


Müxbir: Səbinə Nəsibli
Foto: Rüstəm İsmayilov 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !