İSTİQLALIMIZIN 101 YAŞINA DAHA BİR TÖHFƏ - - Rafael Hüseyn yazır.. (+FOTOLAR)

İSTİQLALIMIZIN 101 YAŞINA DAHA BİR TÖHFƏ - Rafael Hüseyn yazır.. (+FOTOLAR)

https://www.facebook.com/groups/458090628035596/ 

 

24 may səhərimizi "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin konfrans zalında Cümhuriyyətin 101 illiyinə həsr edilmiş "AXC dövründə diplomatik əlaqələr" adlı konfransla başladıq.
Həmin tədbirə mən apardığı ciddi tədqiqlərlə yanaşı bu qəbil mühüm mərasimlərin təşkilində xüsusi fəallığı ilə seçilən İradə xanım Musayevanın dəvəti ilə qatılmışdım.
“28 May – Respublika günü” münasibətilə gerçəkləşən silsilə tədbirlərdən olan bu elmi-praktik konfransla yanaşı "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin AMEA ilə birlikdə gənc tədqiqatçılar arasında təşkil etdiyi “Abşeronun tarixi və mədəni irsində Qala kəndinin rolu” adlı ümumrespublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi də keçirildi.
İradə xanım müsabiqə qaliblərinə mükafatları təqdim etmək kimi xoş missiyanı yerinə yetirməyi də mənə həvalə etdi.
Konfransda İradə Musayeva, İlqar Niftəliyev, Nazim Mustafa, Vasif Qafarov və İradə Bağırovla yanaşı mən də məruzə etdim.
Mənim mövzum "Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin millət quruculuğu fəaliyyətləri” probleminə həsr edilmişdi.
Auditoriya əsasən gənclərdən ibarət idi.
Onların bəhs edilən ciddi elmi və milli çəkili mövzulara dərin marağı və diqqəti həmin konfransda mənimçün məclisin ən əhəmiyyətli cəhəti idi.
Axı Cümhuriyyət irsi və dəyərlərini yaşatmaq, daha uzaq sabahlara ötürmək günün və tarixin məhz gəncliyə həvalə etdiyi vəzifədir!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !