Gənclər Fondu Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə elan edir - (+FOTOLAR)

Gənclər Fondu “Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə” elan edir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasəti ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsi, onların bilik və bacarıqlarının artırılması üçün imkanların genişləndirilməsini şərtləndirmişdir. Ölkə başçısının 1 fevral tarixində gənclərlə görüşü zamanıda qeyd etdiyi kimi, “gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir” və cənab Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasının mahiyyətində də Azərbaycan vətəndaşlarının, gənclərinin hərtərəfli inkişafı dayanır.

Bu xüsusda, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Fonda həvalə olunmuşdur.

Bununla əlaqədar, bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti (ali təhsil müəssisələrinin və ixtisasların siyahısı Fondun rəsmi internet səhifəsində dərc olunub) üzrə magistr pilləsinə qəbul olmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.

Müraciətçilər prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə ətraflı məlumatı Fondun www.youthfoundation.az rəsmi saytından əldə edə bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !