Göyçayda “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış keçirilib - (+FOTOLAR)

Göyçayda “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış keçirilib (+FOTOLAR)

Mayın 22-də Göyçay rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib. Göyçay rayonundakı məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.
Yarış iştirakçılarına uğurlar arzu edən Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, bugün Azərbaycanda gənclərin sağlamlığına, inkişafına, onların mənəvi-əxlaqi tərbiyəsinə, təhsilinin və intellektual səviyyəsinin artırılmasına, cəmiyyət həyatında fəal rol oynamasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Mənəvi Dəyərlərin Təbliği Fondu Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında müxtəlif layihələr, müsabiqələr həyata keçirir. Belə maarifləndirici tədbirlərdən biri də bu gün Göyçay rayonunda təşkil edilən “Dəyərlərimizi öyrənək” intellektual yarışıdır.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atıldığını, təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlərin həyata keçirildiyini vurğulayan Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılov məktəblilərə tövsiyələrini verib və intellektual yarışın iştirakçılarına uğurlar arzulayıb.
Maraqlı mübarizə şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.

 

Rəşid Paşalı 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )