28 May Respublika gününə həsr olunmuş konsert keçirilib - (+FOTOLAR)

28 May Respublika gününə həsr olunmuş konsert keçirilib (+FOTOLAR)

22 may 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının 28 May Respublika gününə həsr olunmuş konserti keçirilib. Konsertdə Eldarlı Səbinə -K.Debüssi “Prelüd” a moll (Müəllim: professor Ts. Sinamdzqvarişvili), Hacıyeva Günel - F.Şopen “Etüd” As dur (Müəllim: professor Z.Şəfiyeva), Rzazadə Aygül - K.Debüssi “Ay işığı” (Müəllim: professor Rüstəmova Afaq), Əhmədzadə Emil - A.Skryabin “Etüd” N12 (Müəllim: professor M.Quliyev), Bəylərova Firuzə - F.Şopen “Fantaziya” (Müəllim: professor E.Kəbirlinskaya), Musazadə Maqsud - K.Çerni “Noktürn” E dur (Müəllim: professor Ts.Sinamdzqvarişvili), Hüseynəliyeva Aytən - R.Şuman “3fantaziya” c moll (Müəllim: professor S.Aşumova), Abbaslı Nəzrin - F.List “Paqanini etüdləri” N6 (Müəllim: profssor M.Adıgözəlzadə), İrşadi Gülnar - F.List “Etüd” f moll (Müəllim: professor N.Rimazi), Əliyeva Fatimə - A.Skryabin “Etüd” N5, op.8 (Müəllim: professor K.Neymanova), Əlizadə Fuad - F.Şopen “Mazurka” N32 (Müəllim: professor Y.Axundova), Əzizov Ceyhun - K.Debüssi “Prelüd” N24 (Müəllim: professor N.Rimazi), Babayeva Vüsalə - F.Şopen “Etüd” N23 (Müəllim: professor N.Quliyeva) kimi əsərləri səsləndiriblər.
Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )