Vərəmli xəstələrə dəstək layihəsinin 10 illiyinə həsr olunmuş konfrans keçirildi - (+FOTOLAR)

Vərəmli xəstələrə dəstək layihəsinin 10 illiyinə həsr olunmuş konfrans keçirildi (+FOTOLAR)

22 may tarixində Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyası və Sağlamlığa Xidmət İctimai birliyinin birgə təşkilatçılığı ilə İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal fondun maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin izlənilməsi, təşkili və sosial dəstək” layihəsinin 10 illiyinə həsr olunmuş konfrans keçirildi.

Konfrans layihəni hal-hazırda uğurla davam etdirən Sağlamlığa Xidmət İctimai birliyinin təşəbbüsü və Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının maliyyə və texniki dəstəyilə təşkil edilmişdi.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Millət vəkili Sədaqət Vəliyeva, Ümumdünya Səhiyyə təşkilatının ölkə nümayəndəsi Cəvahir Süleymanova, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Nikoloz Sadradze, Vərəm əleyhinə QHT Koalisiyası sədri Elçin Muxtarlı konfransda çıxış edərək layihə, onun tarixçəsi və əldə olunmuş nailiyyətlər barəsində məlumat verdilər.

Layihə ilk dəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə 2009-cu ildə Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və BQXK arasında imzalanmış üç tərəfli memorandum əsasında həyata keçirilməyə başlanmışdır. 2011-ci ildən isə Sağlamlığa Xidmət İB bu layihənin icrasını öz üzərinə götürmüş və bu günədək uğurla davam etdirir.

Bugün artıq son 10 il ərzində azadlığa buraxılan 756 vərəmli xəstədən 733 nəfəri (23 nəfər vəfat edib) Sağlamlığa Xidmət İctimai birliyinin xəstələrə dəstək layihəsindən bəhrələnərək yenidən cəmiyyətə inteqrasiya olunmuşdur.

Sonda layihədən bəhrələnən keçmiş pasiyentlərə ictimai davranışına, tibb işçiləri ilə nümunəvi davranışına görə sertifikatlar təqdim edildi. Tədbirin fəxri qonağı qismində iştirak edən Millət vəkilləri Qənirə Paşayevaya və Sədaqət xanım Vəliyevaya Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası adından fəxri mükafat təqdim edildi.

 

Pərvanə Vəliyeva

Sağlamlığa Xidmət İB, sədr müavini

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !